Mütəxəssislərin fikrincə, kanserogen maddələrin yaranmaması üçün manqal atəşi ilə bişirilən ət arasında 15 santimetr məsafə qoyulması lazımdır.
Havaların isinməsi ilə insanlar piknik üçün meşəlik ərazilərə və parklara üz tutaraq manqal yeməklərinə üstünlük verirlər. Prof. dr. Sevinç Yücecan ət bişirilərkən diqqət edilməsi gərəkli olan məqamlardan danışıb. Onun fikrincə, əti manqalda ən az 15 santimetr məsafədə bişirmək lazımdır . Yaxın təmas kanserogen maddələrin yaranmasına səbəb olur. Manqalda ətin bişirilməsi zamanı üzərində yaranan qəhvərənglilik və və qaralma kanserogen maddələrin artdığının göstəricisidir. Yağ yandığı zaman da sağlamlıq baxımından riskli, zərərli maddələr əmələ gəlir. Bu, manqalda bişirilən sucuğa da aiddir. Yaxın təmas zamanı bu məhsullarda qaralma artıq ola bilər. Ancaq biraz diqqət edilməklə ət sağlam şəkildə manqalda bişirilə bilər.
Orqanik.az