Maniya real həyatda mövcud olmayan, bir şeyə mübtəla olmaq və onun uğrunda həddindən artıq həvəslə mübarizə aparmaq və həvəslə nitq söyləməkdir. Maniyanın ən sadə forması hipomaniyadır.
Maniya adətən depressiya xəstələrinin düçar olduqları bir bir haldır və depressiv psixoz kimi qiymətləndirilir. Xəstəliyə dioqnozu psixoterapevtlər qoyur.
Maniyalar ən çox yaşamış olduğu eyni epizodu daima düşünərək yaşayan adamlarda baş verir. Bu insanın ruhi xəstəliyi hesab edilir. Yəni maniyalarla yaşayan xəstələr eyni şeyi xatırlayaraq, həyəcan keçirirlər və bu hiss onları əsla tərk etmir. Belə xəstələrin fiziki aktivliyi zəifləyir və onların heç bir iş görməyə həvəsləri olmur. Belə xəstələr baxmayaraq ki, xoşagəlməz hadisələr onların əhval-ruhiyyəsini aşağı salır, həmişə eyni hadisəni xatırlayaraq kədərlənir.
Xəstəliyin ilkin dövrlərində xəstələr aktiv olur, onların əhval-ruhiyyələri yüksək və fiziki cəhətdən güclü olurlar. O, bəzi hallarda əsəbləşir və ətrafdakılara qarşı sərt olur. Bu zaman ona elə gəlir ki, onun sağlamlıq cəhətdən hər şeyi qaydasındadır. Bu dövrdə onun əqli aktivliyi normadan artıq olur və xəstə həddindən çox danışır, bir mövzudan digərinə keçir. Bu zaman xəstə özü, işi, qurub-yaratdıqları, fəaliyyəti barədə daima danışır. Ona elə gəlir ki ,o hamıdan yaxşı və üstündür. Belə adamlar özünü Allah hesab edir, ətrafdakıların hər işinə qarışır və onların hər işində fəal iştirak etmək istəyir. Bu zaman xəstə hərəkətlərinin, xəstəlik olduğunu hiss etmir və onu qarşıdan gözləyən təhlükədən xəbərsiz olur. Xəstəlik illərlə davam etdikcə ağırlaşır. Xəstəliyin əlamətləri maliyyə və seksulal xarakter daşıdıqda xəstələr xəstəxanaya yatırılır.
Orqanik.az