Makiyajla yatdıqda cilddə nələr olur?

Cilddəki qırışların, sızanaqların, solğun dərinin əsas səbəblərindən biri də makiyajı silmədən yatmaqdır. 

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, yuxu bədənimizin dincəlməsi və bərpası üçün çox vacibdir. Əzələlər kimi üzün də bərpaya ehtiyacı var. Yatarkən dəriniz gün ərzində təsir etdiyi bütün amillərdən uzaqlaşır və bərpa rejiminə keçir.

Makiyajla yatdıqda isə dəri nəfəs ala bilmir. Eyni zamanda, makiyaj ləvazimatlarının tərkibində olan kimyəvi maddələr gecə boyunca cildin ən alt qatlarına qədər hopur.

Onu da qeyd edək ki, gecə boyunca üz dərisi təbii yağ ifraz edir. Lakin makiyajla birlikdə bu, dəridə ləkələrin, ən əsası isə qırışların yaranmasına səbəb olur. Təbii yağlar məsamələrin azalmasına, ölü heceyrələrin bərpasına da təsir etdiyi üçün makiyajla bütün bunların qarşısını almış olursunuz.

Bütün bunlar da sonda sızanaqların yaranmasına münbit şərait yaradır. Makiyaja görə dəri getdikcə quruyur, göz, dodaq ətrafında qırışlar yaranır.

Eyni zamanda, makiyajla yatmaq cildin iltihablanmasına, qızartıya və infeksiyaya da səbəb olur. Bütün bunlarla qarşı-qarşıya qalmamaq üçün yatmazdan əvvəl makiyajı təmizləmək və su ilə onu yumaq mütləqdir.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.