Makiyajı silmək, məsamələri təmiz saxlamaq dərinin nəfəs almasına və sızanaqların yaranmamasına yardımçı olur. Lakin bəzən istifadə edilən üsullar dərini zədələyə bilər.
Orqanik.az Axşam.az-a istinadən üzü təmizləyərkən buraxılan səhvləri təqdim edir.
1. Səhv makiyaj və üz təmizləyicisi seçmək
Ən bahalı olması istifadə etdiyiniz vasitənin sizin üçün uyğun olduğu mənasını daşımır. Əgər sızanaqlara meylli dəriniz varsa, quru cildə sahibsinizsə, aldığınız vasitənin tərkibinə diqqət yetirin.
2. İsti sudan istifadə etmək
Təkcə üzü deyil, bütün bədəninizi yuyarkən çox isti sudan istifadə etməməyə diqqət yetirin. Çünki isti su dərinin ph dəyərini zədələyə bilər.
3. Makiyajı yalnız təmizləyici vasitələrlə silmək
Bəzən makiyajı xüsusi vasitələrlə təmizlədikdən sonra prosesin bitdiyi düşünülür. Lakin sonda mütləq su ilə üzü və dərini durulamaq lazımdır. Bu həm cildi tam təmizləyəcək, həm də onu silərkən istifadə etdiyiniz kimyəvi maddələrin dəridə qalmasının qarşısını alacaq.
4. Həddindən artıq təzyiq göstərmək
Yalnız 2-3 barmağınızla üzünüzü yumşaq dairəvi hərəkətlərlə yumalısınız. Daha çox təzyiq təmiz dəri demək deyil. Bu onu zədələyə bilər.
5. Nəmləndirici üçün dərinin qurumasını gözləmək
Nəmləndiricini nəm dəriyə çəkmək lazımdır. Bu zaman krem funksiyasını daha yaxşı yerinə yetirmiş olacaq.
Orqanik.az