Mətbəxinizdəki Qarışqalardan Xilas Olmağın Ən Təbii Yolları

Mətbəximizdəki kiçik qonaqlar evimizi qida qaynağı olaraq gördüyündə hücum edirlər. Qarışqalar  eyni zamanda müxtəlif bakteriyaları da yaymağa səbəb olurlar. Bəs evimizin kiçik dəvətsiz qonaqları olan qarışqalara zərər vermədən, incitmədən, onları ən təbii üsullarla uzaqlaşdıra biləcəyinizi bilirsinizmi?

Evdar.az mətbəxdəki qarışqalardan xilas olmağın ən faydalı və təbii üsullarını bölüşür.

Sirkə

Sirkə

Hər dərdə dərman sirkə qarışqaları
uzaqlaşdırmaq mövzusunda da bir xeyli müvəffəqdir. Qarışqalar sirkəni heç xoşlamırlar. Boş
bir sprey şüşəsinin içərisinə sirkə, su və limon suyu əlavə edərək, nizamlı olaraq
qarışqaların gəzdiyi
yerlərə bu qarışığı
səpin. Vaxt keçdikcə qarışqaların yox olduğunu görəcəksiniz.

Limon Suyu və Qabıqları

Limon suyu və qabıqları

Qarışqaların gəldiyi yolları limon suyu ilə silin
və o nöqtələrə limon qabıqlarını
tökün. Limon qoxusunu hiss edən qarışqalar limon qoxusu keçənə qədər ara verəcəklər.
Bu, müvəqqəti  bir üsul üçün çox işə yarasa da limon qoxusu
bitdikdən sonra qarışqalar
evinizə təkrar
hücum edə bilərlər. Qarışqaların
tamamilə
imtina etməsi üçün bu üsul davamlı təkrar olunmalıdır.

Darçın

Darçın

Darçın hər nə qədər mükəmməl bir qoxuya sahib olsa da qoxusunu hiss edən qarışqalar mətbəxinizdən qısa müddətdə uzaqlaşacaqlar. Darçın və ya darçın yağını qarışqaların gəzdiyi sahələrə tökərək onları uzaqlaşdıra bilərsiniz.

Qırmızı Pul Bibər

Qırmızı Pul Bibər

Qırmızı pul bibərin acılığı qarışqaları
uzaqlaşdıran bir məhsuldur.
Qarışqaların
keçdiyi yerlərə qırmızı pul bibər səpdikdən sonra təsirini
hiss edə bilərsiniz.

Nanə Yağı

Nanə yağı

Qarışqalar nanə qoxusunu sevmirlər. Nanə, qarışqalar tərəfindən dözə bilməyən güclü bir qoxuya malikdir və bu da onların evlərə girməyinə maneə törədir. 10 damcı nanə yağını bir stəkan su ilə qarışdırın və qarışqaların gəzdiyi hər yerə pambıqla sürtün. Bunu gündə iki dəfə təkrarlayın. Maye qarışığın əvəzinə qurudulmuş nanə də səpə bilərsiniz.

Mixək

Mixək

Mixəyi evin girişinə və qarışqaların girə biləcəyini
düşündüyünüz bölgələrə qoyun. Mixəyin kəskin qoxusunu hiss edən qarışqalar ev ziyarətlərindən imtina edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.