Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA

Arizona Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, mətbəx dəsmalları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Alimlər sübut edir ki, vaxtında dəyişilməyən mətbəx dəsmallarının üzərinə müxtəlif təhlükəli mikroblar unitazda olduğundan daha çoxdur. Mətbəx dəsmalları nəm olur və bu da mikrobların  çoxalmasına ideal şərait yaradır.

Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər mətbəx dəsmallarının üzərində bağırsaq çöpü, salmonella, hətta çox təhlükəli, antibiotiklərə davamlı olan qızılı stafilokokk aşkar ediblər.

Bu mikroblar uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda çox ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Hətta sağlam və cavan insanlar üçün də bu mikroblar təhlükə yaradır. İnsanın əllərində çatlar, sıyrıntılar, yaralar olduqda təhlükə daha da artır.   

Bütün bunları nəzərə alaraq alimlər mətbəx dəsmallarını bir gündən bir dəyişməyi, paltaryuyan maşınında yüksək temperaturda yumağı və bu zaman oksigen ağardığıcı ilə olan camaşır tozlarından istifadə etməyi tövsiyə edir. Yuyulmadan sonra dəsmallar mütləq açıq havada qurumalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.