Məşqdən sonra hansı fastfudlar yeyilə bilər?

Məşqdən sonra hansı fastfudlar yeyilə bilər? Əlbətdəki, indiki dövrdə az yaşlı uşaq belə bilir ki, daimi olaraq fastfudlarla qidalanmaq olduqca zərərlidir. Lakin, bir çoxlarımız tələsdiyimiz zaman ayaqüstü olaraq südlü koktyeldən, dönərdən, şaurmadan istifadə etmişdir.

Təzəlikcə Montana Universitetindən inanılmaz xəbərlər almışıq. Mütəxəsislər ard-arda bir neçə araşdırmalar aparmış və bəzi maraqlı məqamları sübut etmişlər: bəzən elə anlar olur ki, fastfudun ziyanlıqdan başqa xeyirli tərəfləri də mövcutdur.

Ancaq, bunun üçün yaxşı qaçmaq lazım olacaq. Əgər siz kiminləsə idman zallarına və ya marafona getməli olmusunuzsa, deməli qlikoqen haqqında məlumatlısınız. Bu qlikozanın polimeridir və əzələlərimizdə toplanır. Ağır məşqlər zamanı istifadə edilir. Bir sözlə, bizim sürətli enerji mənbəyimizdir.

Orqanik.az topmister.org-a istinadən bildirir ki, əgər keçirdiyiniz məşqlər uzunmüddətli olmuşsa və ya marafon qaçışa başlamısınızsa, bədəndə olan qlikoqen ehtiyyatı sürətlə azalmağa başlayır. Siz yorğunluq, halsızlıq və baş ağrısı hiss etməyə başlayırsınız. Qeyd edək ki, az məşq edən və ya ümumiyyətlə məşq etməyən insanlarda bu hal profesional idmançılardan daha tez baş verir.

Lakin, profesionallar belə məşqlərdən sonra qlikoqen bərpasına ehtiyac duyurlar. Proses 24 saata qədər davam edə bilər. Nəzərdə tutulan saatı və xoşagəlməz hisləri azaltmaq üçün qlikoza, fruktoza və digər əlavələrlə xüsusi idman içkiləri istehsal olunmaqdadır.

Amerikalı alimlər yekunda atletlərin həqiqətən nektara ehtiyac duyub-duymadıqları barədə bir qədər fikrə getmişlər. Bəlkədə bunu yüksək karbohidratlı yeməklərlə əvəz etmək mümkündür? Misal olaraq, idmançı məşqlərdən sonra yaxınlıqdakı fastfud restoranına yollana bilər. Sual həvəskar idmanla məşğul olanlar üçün də maraqlı ola bilər.

Anladığımız kimi amerikalı mütəxəsizlərin bizdən fərqli olaraq imkanları daha genişdir. Onlar bir neçə atlet qrupları müəyyənləşdirə və saysız-hesabsız araşdırmalar apara bilərlər. Aparılmış araşdırmalar zamanı iki, daim nəzarətdə saxlanılan qrup yaradılır və onlardan biri məşqlərdən sonra öz qlikoqen ehtiyyatlarını xüsusi içkilər və protein batonları ilə bərpa edir, digəri isə sadəcə yaxınlıqdakı fastfud kafelərinin birinə göndərilirlər. Bir həfdədən sonra qruplar pəhrizlərini digər qrupla əvəzləyirlər.

Qida qəbulu zamanı bütün idmançıların eyni miqdarda kalori qəbul etməsinə xüsusi nəzarət edilir. Yeməkdən sonra isə qlukozanın, insulinin və holesterinin səviyyəsi ölçülür. Daha sonra özlərini necə hiss etdikləri ilə bağlı suallar soruşulur, məşqlər zamanı göstəriciləri diqqətə alınır.
Sizcə nəticə nələri göstərdi? Çizburger və kola qonaqlığına gedən qrup nəyinki digər qrupla eyni fiziki parametrləri sərgilədi, hətda qanda qlukozanın miqdarına görə daha üstün ola bildilər. Deməli, həqiqətəndə bəzi ziyanlı ola biləcək şeyler belə xeyirli ola bilərlər.

Gəlin araşdırmanın gedişatına daha diqətlə nəzər yetirək. İdmançılar hansı yeməklərdən daha çox istifadə edirdilər? Alimlərin gəldiyi qənaətlərə görə südlü kokteyl şəkərin və bəzi zülalların ideal mənbəyi hesab olunur. Eyni zamanda yemək menyusuna siroplu blinçilər, çizburger, kola və kartof-free aid edilir.

Bir sözlə, əgər siz formanızın pikində olan atletsinizsə, bütün qlikoqeninizi ağır məşqlərə sərf edirsinizsə özünüzü heç nədən məhrum etməyin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.