Mədə sekretor funksiyasının pozulması

Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandırıcıların təsiri altında fəaliyyət göstərir. Mədə şirəsinin reflektor sekresiyası bir sıra şərti və şərtsiz reflekslər vasitəsilə həyata keçirilir. Humoral sekresiya qastrin mədədə, enteroqastron bağırsaqlarda, sialoqastrin isə ağız suyu vəzilərində humoral amillər vasitəsilə tənzim edilir. Qastrin mədə sekresiyasını stimulyasiya edir, enteroqastrin və sialoqastron isə bu prosesin sürətini azaldır.
Sağlam insanın mədəsində normal halda 1 gün ərzində 2 litrə qədər şirə ifraz edilir. Patoloji şəraitdə mədə şirəsinin miqdarı artıb-azala bilir. Mədədə əmələ gələn şirənin miqdarından asılı olaraq xlorid turşusunun 4 dərəcəsi ayırd edilir:
1. hyperaciditas – turşuluğun artması.
2. hypoasiditas – turşuluğun az olması.
3. axlorhidariya – xlorid turşusunun tamamilə olmaması.
4. axiliya – xlorid turşusunun və fermentlərin olmaması.
Mədə şirəsinin normadan çox olması adətən mədədə turşuluğun artması ilə xarakterizə olunur. Bu əsasən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki qastritin bəzi növləri, pilorospazm və piloropstenoz zamanı baş verir. Bəzi dərman maddələrinin qəbulu, spirtli içkilər də mədə turşuluğunun artmasına səbəb ola bilir. Mədədə turşuluq çox olduqda qida mədədən onikibarmaq bağırsağa çətinliklə keçir. Bu zaman sfinktorda reflektor spazm baş verir. Əksər hallarda isə aşağıdakı əlamətlər meydana çıxır:
* qıcqırma
* gəyirmə
* qusma
* qəbizlik.
Hipersekresiya zamanı mədə şirəsinin həzmedici aktivliyi artır ki, bu da mədənin selikli qişasının zədələnməsinə səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.