Mətbəx dekorasiyasında planlama və funksionallıq qədər əhəmiyyətli bir şey varsa, o da hansı üslub və tərzə uyğun döşəniləcəyidir. Əvvəlcə hansı üslub və tərzin sizi əks etdirdiyi ya da daha yaxın gəldiyi mövzusunda fikir sahibi olmaq lazımdır. Mətbəxiniz ehtiyaca görə hazırlama, bişirmə və yemək sahələrinə görə bölünə bilər. Mətbəx dəzgahı dizaynı bu mərhələdə asanlıq və funksionallıq təmin edə bilər. Hansı stil və tərzə uyğun mətbəx dəzgahı modeli seçəcəyinizə dair fikirlərşməzdən əvvəl nümunə modelləri gözdən keçirə bilərsiniz. Bu yazımızda fərqli stillərdə 6 ideal mətbəx dəzgahı modelini bir araya gətirdik, ilham verən fikirlər tapa bilərsiniz.
İÇİNDƏKİLƏR
Rustik (kəndsayağı) stil: Taxta istiliyi
Mətbəxinizə estetik bir görünüş qatmaq üçün daha isti və qonaqpərvər bir qarşılama ilə rustik stil elementlər istifadə edə bilərsiniz. Taxtanın dizaynı və rəngi hüzur verən bir atmosfer yaratmaq üçün olduqca təsirlidir. Əgər vizualdakı kimi geniş bir mətbəxə sahibsinizsə, taxta mətbəx dəzgahı ilə funksional sahələr dizayn edə bilərsiniz. İndiki vaxtda taxta mətbəx dəzgahı modelləri olduqca populyardır və dayanıqlı, baxımı asan alternativ modellər var.
Minimalist yanaşma: Mərmər zərifliyi
Müasir üslub elementlərlə zəriflik qatan materialları bir araya gətirən möhtəşəm bir mətbəx. Möhkəm uzanan mərmər dəzgahın zərifliyi göz oxşayır. Mətbəxinizin atmosferinə uyğun rəng və elementlərdə seçim edə bilər, saraylara layiq bir mətbəx dəzgahını modernizə edə bilərsiniz. Müasir stil aksesuarlarla həndəsi elementlərin ön plana çıxması olduqca populyardır. Eyni zamanda mərməx mətbəx dəzgahı daşınan xüsusiyyətdə istifadə edildiyi üçün rahatdır.
Sadə xəttlər: Laminant estetiyi
Təbii materiallar güclü və estetik bir mətbəx dəzgahı üçün çox rahatdır. Uzun illər dayanıqlılıq baxımından məhsuldar olan və estetik bir görünüş qazandıran laminant dəzgah modelləri üçün fərqli alternativləri tapa bilərsiniz. Laminant təbii bir vəsaitdir. Buna görə, bəzi materiallardan daha bahalı olmasına baxmayaraq güclüdür.
Müasir stil: Çox funksiyalı dizayn
Mətbəxdə istifadə edilən çox funksiyalı bir mətbəx dəzgahına üstünlük verilir. Ehtiyacdan asılı olaraq qəlyanaltı yemək kimi istifadə edilə bilən bu dəzgahda dekorativ elementlərlə şıx bir yemək sahəsi dizayn edilə bilər. Yeməyin hazırlanması, doğranması və kəsilməsi üçün rahat bir mətbəx dəzgahı kimi istifadə edilə bilər. Yemək bişirərkən sobaya yaxınlığı baxımından, qonaqlara yaxın olmağınıza, yeməklərinizi bişirərkən onlardan uzaq qalmamağınız üçün geniş bir iş görmək sahəsi də təqdim edir. Çox funksiyalı dizayn nümunələri müasir stil döşənilən mətbəxlərdə olduqca populyardır.
Rəfli sistemlər: Qranit dəzgah
Mətbəxinizdə funksional detallarla dekorativ rəf sistemləri əlavə edə bilərsiniz. Çox funksiyalı bu dizaynlarla xüsusilə geniş olmayan dar ya da kiçik mətbəxlərdə döşəmə zəmini sahəsindən yer qazana bilərsiniz. Saxlama sistemlərinin əhəmiyyəti mətbəx kimi bir çox əşya və xırda əşyaların saxlandığı sahələrdə olduqca əhəmiyyətlidir. Nümunə vizualda qranit mətbəx dəzgahının təbii rənglərlə şıq bir dekorasiya yaratdığını görə bilərsiniz. Bundan əlavə, qranit mətbəx dəzgahı modelləri dayanıqlıdır və uzun illər istifadə edə bilərsiniz. Qulluğu asan olan mətbəxinizə uyğun qranit modellərini seçə bilərsiniz.
Neytral rənglər: Boz və ağ mətbəx
Xüsusilə göz yormayan bir mətbəx nizamı yaratmaq və bir çox mətbəx əşyasının yığıldığı mətbəxlərdə göz qarışıqlığından uzaqlaşmaq istəyirsinizsə rəng uyğunlaşması və ahənginə fokuslana bilərsiniz. Neytral rənglərlə isti rəngləri bir araya gətirmək balans elementi təmin edir. Bundan əlavə qranit, mərmər kimi təbii və dayanıqlı materialların neytral rənglərlə uyğun alternativlərini tapa bilərsiniz. Ağla neytral bozları bir araya gətirən bu mətbəx müasir stil elementlərlə döşənilmişdir.