Mədəciklərarası çəpərin cırılması miokard infarktı keçirmiş xəstələtin 3%-də müşahidə edilir.Bu diaqnozu daşıyan xəstələrin arasında yaşlılar və qadınlar üstünlük təşkil edirlər.
Mədəciklərarası çəpərin cırılması transmural miokard infarktının ağırlaşmasıdır.Xəstəlik əsasən ön və ön-yan miokard infarktı zamanı müşahidə olunur.Ağırlaşmaya aparıb çıxaran risk faktorlarından biri arteral təzyiqin yüksək olmasıdır.Adətən stenokardiyalı xəstələrin anamnezində bu ağırlaşmaya rast gəlinmir.Mədəciklərarası çəpərin,papilyar əzələlərin və sol mədəciyin sərbəst divarının zədələnməsi eyni zamanda baş verən patolojiyadır.Mədəciklərarası çəpərin cırılması bir koronar damarın çökməsi olan xəstələrdə baş verə bilir,amma bu zaman bir-neçə koronar arteriyanın zədələnməsi müşahidə olunur.
Mədəciklərarası çəpərin cırılmasının 2 forması ayırd edilir:
– sadə forma
– mürəkkəb forma
Mədəciklərarası çəpərin sadə cırılmasında apikal hissədə deffekt yaranır ki,bunun nəticəsində ürəyin mədəciyi təxminən hər iki tərəfdən açıq qalır.
Mürəkkəb cırılma zamanı nekrozlaşmış toxuma qatından burulmuş müxtəlif istiqamətli kanallar əmələ gəlir ki,bu da massiv qanaxma mənbəyi sayılır.Mürəkkəb cırılma adətən çəpərin bazal hissəsində baş verir.
Mədəciklərarası çəpərin cırılması aşağıdakılara səbəb olur:
– kardiogen şok
– ciyər ödemi
– sağ mədəcik çatışmazlığı simptomu
– sistolik küyün yaranması
Xəstəliyə diaqnoz qoymaq üçün EKQ və exokardioqrafiyanın nəticələri əsas götürülür.
Müalicə medikamentoz aparılır.Bütün hallarda çəpərin tamlığı bərpa olunmalı və koronar şuntlama aparılmalıdır.
Orqanik.az