Limon çox faydalı bir meyvədir və ən əsası mətbəxdə geniş istifadə olunur. Limondan hazırlanan reseptlər həm xoş təəccübləndirir, həm də xüsusi zərif dadı ilə cəlb edir. Evdar.az limondan hazırlanan bir çox faydalı və orijinal reseptləri təqdim edir.
Ev şəraitində təbii,heç bir konservantsız, tez və dadlı marmelad hazırlamaq istəyirsinizisə bu resepti sınaqdan keçirin.
“Mükəmməl” mənasını verən məşhur Fransız şirniyyatı Parfe, limonla birləşdikdə ləzzət ziyafəti yaradır.
Desert sevənlər üçün cəmi 5 dəqiqəyə hazır olan bişməyən və dadlı desert. Ətirli və dadlı limonlu desert xüsusi desert stəkanlarında hazırlayıb əzizlərinizi sevindirə bilərsiniz.
Həddindən artıq şirin sevməyənlər üçün ən doğru seçim turş bir meyvəylə ləzzətləndirilmiş desertlərdir. Turş desert dedikdə ağla ilk gələnlərdən biri limonlu cheesecake-dir.
İngilislərin “lemon curd” dediyi limon kremi və ya limonlu tort kremini kekslərə, tortlara, peçenyelərə istifadə edə bilərsiniz. Bu kremi 2 həftə soyuducuda, 6 ay buzxanada saxlaya bilərsiniz.
Çay süfrəsi üçün fərqli bir ləzzət hazırlaya bilərsiniz.
Soba istifadə etmədən 5 dəqiqədə limonlu peçenye hazırlaya bilərsiniz