Limon və onun faydaları haqqında yəqin ki, hamınızın çox məlumatı var. Bəs limon qabığı haqıında nə bilirsiniz? Onun möcüzələri barədə eşitmisinizmi?
Limon qabığının tərkibində A, C, B6, B1, B12 vitamini, kalsium, kalium, fosfor, manqan, sink, dəmir, pantoten turşusu var.
Limonda insan orqanizmi üçün lazım olan bütün faydalı vitamin və minerallar var. Limon həm də, sinir sistemini sakitləşdirəcək təsirə malikdir.
Limon qabığının insan orqanizminə limondan da çox faydaları var. Limonun qabığından farmakologiya, kosmetalogiya və kulinariyada daha çox istifadə edilir. Limon qabığının dəmləməsinin aşağıdakı faydaları var:
– saç və dəri üçün çox faydalıdır
– ürək və əsəb xəstəliklərində sakitləşdirici təsir göstərir
– dəmləməsi üzə sürtüldükdə akne xəstəliyini sağaldır
– tərkibindəki efir yağları əhval-ruhiyəni qaldırır
– qanda xolesterolun miqdarını azaldır
– toksinləri orqanizmdən xaric edir
– sümük sistemini möhkəmləndirir
– osteparoz, poliartrit, artritin müalicəsinə yardımçı olur
– immun sistemi möhkəmləndirir
– ağız boşluğu xəstəliklərini sağaldır
– diş əti qanaxmalarını azaldır
– orqanizmin vitamin balansını bərpa edir
– sərbəst radikalların fəaliyyətini normallaşdırır
– dəmləməsi kompres halında üzə qoyulduqda ləkələri aparır
– dərini sağlamlaşdırır
– metobolizmi yaxşılaşdırır
– artıq çəkini azaldır
– böyrəkdəki duzların tökülməsinə yardım edir.
Bundan başqa limon qabığı dəmləməsi qan dövranını nəzarət altında saxlayır.
100 qram limon qabığında 160 ml kalium, 134 ml kalsium, 129 ml vitamin C, 44 növdə qlükozidlər, müxtəlif yağ turşuları və digər çoxlu qiymətli maddələr var.
Orqanik.az