Limon Qabığının Gizli Faydaları: Xərçəng Riskini Azaldır!

Başda C vitamini olmaq üzrə sağlamlıq baxımından son dərəcə faydalı olan limonun əksəriyyətlə suyunu sıxıb qabıqlarını atırıq. Ancaq səhv edirik! Rəndələyərək şirniyyatlara istifadə etdiyiniz limon qabığında gizli faydalar var. Tədqiqatlar göstərir ki, limonun qabığı da şirəsi kimi antioksidan mənbəyidir. Limon qabığında olan polifenollar, vitaminlər, minerallar, lif, karotenoidler və efir yağları bir çox xəstəliyə qarşı qoruyur.
Evdar.az limon qabığının bilinməyən faydaları haqqında məlumatı təqdim edir.

Diş ətlərini gücləndirir

Limon qabığı, C vitamini əskikliyinə bağlı olaraq yaranan bir növ qanayan diş əti xəstəliyi olaraq bilinən skorbut xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Limonda və qabığında olan C vitamini sayəsində skorbut yaranmır.

Qaraciyərdə yağlanmanı azaldır

Pektin, efir yağları və PMF (polimetoksillənmiş flavonlar) sayəsində limon qabığı ümumi xolesterol səviyyəsini, trigliserid səviyyəsini və qaraciyər yağlarını azaldır.

Bağırsaqları qoruyur

Limon qabığında olan pəhriz lifi bağırsaq funksiyalarını və bağırsaq sağlamlığını qoruyur. Bundan əlavə, limon qabığının tərkibindəki pektin də qəbizliyin qarşısını alır.

Hüceyrə zədələnməsinin qarşısını alır

Yüksək antioksidan qabiliyyəti sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirir. Bundan əlavə, limon qabığı antioksidan xüsusiyyətlərini göstərən yüksək vitamin C qabiliyyəti sayəsində DNT-nin zədələnməsinin qarşısını alır.

Xərçəng riskini azaldır

Limon qabığı limonen və içərisindəki salvestrol Q10 sayəsində xərçəng hüceyrələri ilə mübarizə aparmağa kömək edir. Avstraliyada aparılan bir araşdırmada limon qabığının ağız, boğaz və mədə xərçəngi riskini 40-50 faiz azaltdığı göstərilib.

Damar sağlamlığını qoruyur

Limon damar quruluşunu qoruyur və qabığındakı flavonoidlər olan hesperidin və naringin sayəsində laxtalanma riskini azaldır. Yüksək vitamin C sayəsində koronar arteriya xəstəliklərini azaldır.

Rəndələnmiş limon qabığını şirniyyatlarda istifadə etdiyiniz kimi ev şəraitində hazırladığınız içkilərdə də istifadə edin. Tərkibində limon qabığı olan faydalı və ləzzətli böyürtkən limonadının reseptini buradan oxuya bilərsiniz.

VACİB QEYD: Ancaq kalsium səviyyəniz aşağırsa, böyrəklərinizdə kalsium oksalat daşı varsa ya da keçmişdə olubsa mütləq həkiminizlə məsləhətləşmək lazımdır. Limon suyu yüksək təzyiqi saldığı üçün, aşağı təzyiqli olan və ya təzyiq dərmanı istifadə edən kəslər həkimiylə məsləhətləşmədən istifadə etməməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.