Leykemiya

Leykemiya digər xərçəng növlərinə, məsələn, süd vəzisinin xərçəngi, prostat xərçəngi, bağırsaq xərçəngi nisbətən az rast gəlinir. Bu müasir müalicə üsulları sayəsində bir çox hallarda müalicəsi mümkün olan xəstəlikdir. Leykemiya sümük iliyində tam yetişməmiş və funksional cəhətdən qeyri aktiv leykositlərin həddindən artıq çoxalması ilə müşahidə olunur. Bu isə öz növbəsində normal qanyaranma mexanizminin pozulmasına və nəticədə qanda sağlam leykositlərin, eləcə də sağlam eritrositlərin, trombositlərin defisitinə gətirib çıxarır. Diaqnoz qanın müayinəsinə əsasən qoyulur. Daha dəqiq diaqnoz qoyulması üçün isə sümük iliyindən biopsiya alınması mütləqdir.

Leykemiya qanyaradıcı sistemin xərçəng xəstəliyi olub aşağıdakı simptomlara gətirib çıxarır:
– yorğunluq;
– solğun dəri;
– infeksiyalara qarşı həssaslığın artması;
– qanama.
Xəstəliyin 4 forması vardır:
– Kəskin Limfatik Leykemiya(KLL): Əksər hallarda uşaqlarda rast gəlinir. Bu formada əsasən beyin və beyin qişaları zədələnir. Buna görə də nevroloji, məsələn, iflic kimi simptomlara səbəb olur. Müalicə üsulu olaraq Kimyəvi Terapiya sərbəst və bəzi hallardan Şua Terapiyası ilə kombinəolunmuş şəkildə istifadə edilir. Uşaq yaşlarında olan xəstələrin 80%-ində həkimlər tam müalicəyə nail ola bilirlər.
– Kəskin Mieloid Leykemiya(KML): KML natamam mieloid hüceyrələr hesabına yaranır. Mieloid hüceyrələr eritrositlərin məlum kök hüceyrələridir. KML həmçinin degenerativ(zədələnmiş) eritrositlərdən də əmələ gələ bilər ki, bu da Eritroleykemiya adlanır. Kəskin Mieloid Leykemiyaya əsasən gənc yaşlarda xəstələrdə(orta hesabla kişilərdə 42%, qadınlarda 58%) rast gəlinir.
– Xroniki Mieloid Leykemiya(XML): Bu formada fəal granulositlərin sayı kəskin olaraq artır(granulositlər ağ qan hüceyrələrinin bir yarimtipidirlər). Sırada isə Blast Krizi adlanan mərhələ gəlir. Artıq burada külli miqdarda formalaşmamış və funksional qabiliyyəti olmayan Granulositlər-ilk etap(blastlar) hazırlanır. Əmələ gəlmiş anormal hüceyrələr qan axınına daxil olur. Daha sonra qaraciyər və dalağa gətirilərək depolaşırlar, bu isə həmin orqanların ödeminə səbəb olur. Xəstəliyin bu formasının əsas göstəricisi Filadelfiya Simptomu deyilən genetik pozğunluqdur ki, bu da xəstəlikdən əziyyət çəkənlərin təqribən 90%-ində özünü biruzə verir.
– Xroniki Limfatik Leykemiya(XLL): Ədəbiyyatda bu formaya “Non-Hodgkin Lipoması” adı altında da rast gəlinir. Xroniki Limfatik Leykemiya əsasən yaşlı şəxslərdə aşkar olunur. Qanda, sümük iliyində, limfa vəzilərində, qaraciyərdə və dalaqda B-Limfositlər toplanır. Normal, yəni, sağlam vəziyyətdə B-Limfositlər Anticisim hazırlanmasında iştirak edən ağ qan hüceyrələridir və bu səbəbdən immun sistemin vacib tərkib hissəsi hesab olunurlar. Lakin Xroniki Limfatik Leykemiya zamanı onlar toxunulmaz və qeyri funksional vəziyyətə gətirilirlər. Bu obrazla xəstəlikdən əziyyət çəkən insanların immun sistemi ciddi şəkildə zəifləyir.

Qan Xərçəngi ilk növbədə Kimya terapiyası və Sümük İliyi Trasplantasiyası ilə müalicə edilir. Müalicədən sonrakı vaxt ərzində isə xəstənin vəziyyəti təbii ki, yaxşılaşır və sonralar o vaxtı-vaxtında həkimin nəzarətində olmalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.