İnsanlar kətan toxumundan daima istifadə etmişlər. Kətan toxumunun bir çox müalicəvi təsirləri vardır. Kətan toxumu xalis Omeqa 3 qaynağı olmaqla yanaşı, qanda xolesterolun miqdarını aşağı salır, arterial təzyiqi aşağı salır, ürək-damar xəstəliklərin, xərçəngin və iltihabi xəstəliklərin müalicəində faydalı təsirlərə malikdir. Kətan toxumunun tərkibindəki kimyəvi birləşmələr qan laxtalanmasının, ürək döyünmənin, aritmiyanım, ürək damarlarında olan qüsurların, koronar çatışmazlığın, kardiosirkulyator xəstəliklərin müalicəsində çox faydalıdır. Kətan toxumu döş və bağırsaq xərçənginə qarşı qoruyucu təsir göstərir. Kətan toxumunun kimyəvi tərkibi aşağıdakılardan ibarətdir:
– lutein
– vitamin B1
– vitamin B2
– kolin
– pantotenik
– vitamin B6
– fol turşusu
– vitamin C
– vitamin E
– vitamin K
– pp vitamini
– betain
– orqanizm üçün lazım olan bütün minerallar.
Kətan toxumu çayının faydaları:
– öskürəyi kəsir
– mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır
– ürək xəstəliklərinə əvəzsiz müsbət təsir göstərir
– diş əti xəstəliklərini sağaldır
– bədəndə olan bütün iltihabi problemləri aradan qaldırır
– üz və ayaqlarda olan şişkinliyi aradan qaldırır.
Kətan toxumunun çayı necə dəmlənir?
20 qram kətan toxumunun üzərinə 1 litr soyuq su tökülür və 10-15 dəqiqə qaynadılır. Sonra çaynik dəsmalla örtülür, 1 saat isti vəziyyətdə saxlanılır.
Orqanik.az