Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz

Kürək ağrıyan zaman masaj etmək və həmin yeri isitmək qəti qadağandır.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-revmatoloq, nevropatoloq Pavel Yevdokimenko xəbərdarlıq edib.

“Kəskin ağrı zamanı çoxları belini qızdırır, masaj etdirirlər. Bunu etmək qətiyyən olmaz. İltihab daha da güclənə bilər. Təxminən 30 faiz hallarda xəstələrdə yaxşılaşma görünə bilər, amma 70 faizində əksinə, vəziyyəti pisləşə bilər”, – deyə o izah edib.

Həkim belə vaxtlarda kürəyi dəstəkləmək üçün korset taxmağı tövsiyə edib.

“Quru istilik də mümkündür, məsələn, yundan hazırlanmış xüsusi kəmər yaxşı kömək edir”, – deyə mütəxəssis əlavə edib.

O, kürəkdə baş verən hər kəskin ağrının potensial təhlükədən xəbər vermədiyini vurğulayıb, bununla belə, ağrılara laqeyd yanaşmamağa çağırıb.

“Xüsusilə ağır işdən sonra yaranan ağrı disk yırtığından xəbər verə bilər ki, bu da ciddidir. Amma indi, xüsusən yayda bel əzələləri sıxılmış xəstələr çox olur. Bu, güclü, kəskin ağrı verir, adama elə gəlir ki, nəsə qırılıb, dəhşətli bir şey var. Bu, öz-özünə keçə bilər, ancaq təxminən 30% pasiyentdə xroniki hala çevrilir”, – deyə revmatoloq bildirib.

Belə hallarda həkim MRT-ni tövsiyə edib.

“Əgər bu mümkün deyilsə, ağır yüklənmədən çəkinməli və allergiyanız yoxdursa, iltihab əleyhinə dərmanlar qəbul etməlisiniz. Ancaq üç-dörd gündən sonra yenə ağrı varsa, MRT etməlisiniz”, – deyə Yevdokimenko sözlərini yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.