“Bel və ya kürək nahiyəsində ağrı hər hansı bir yoluxucu xəstəliyin əlaməti ola bilər, o cümlədən “Omikron” ştammının”.
Orqanik.az xəbər verir ki, bu barədə Rusiyanın əməkdar həkimi, manual terapevt Andrey Kabıçkin bildirib:
“Bel və ya kürək nahiyəsində ağrı istənilən – viral, bakterial və ya yoluxucu proseslə, əlaqədar baş verə bilər. Onlara mialgiya deyilir”.
Kabıçkin qeyd edib ki, bel ağrısının iki yüzdən çox səbəbi ola bilər və yalnız tibbi müayinə düzgün səbəbi təyin edə bilər:
“Düzgün və etibarlı diaqnoz yalnız müayinə olduqda qoyula bilər. Həkim müəyyən simptomların mövcudluğunu qiymətləndirməli, diaqnoz qoymalı və buna əsaslanaraq, adekvat müalicəni təyin etməlidir”.
O izah edib ki, 60 yaşdan yuxarı və hər hansı infeksiyaya qarşı immun reaksiyası aşağı olan insanlar risk altındadırlar. /Orqanik.az
Orqanik.az