Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi

Bədənin  bir hissəsində olan səpgilər və qızartılar hansısa bir xəstəliyin səbəbi ola bilər. Bu səpgilər diqqət və qulluq görmədikdə infeksiyalaşıb sızanaqlara dönə bilirlər. Adətən sizanaqlı səpgilər həddindən artıq yağlı dərilərdə əmələ gəldiyi üçün müalicə barədə düşündükdə, ilk ağıla gələn şey dərinin yağlılığını azaltmaq olur ki, bunu da bəzi bitki dəmələmələrinin vasitəsilə aradan qaldırmaq olur.
Dəridə sızanaqların əmələ gəlməsinə sabun və poroşoklar səbəb ola bilər. Sintetik paltarlar da dərilərdə səpgilərin əmələ gəlməsinə səbəb ola bilir. Bəzən elə həssas dərilər olur ki, metalla təmasa girdikdə, sıx meşədə gəzən zaman və ya sarımsaq yeyilən zaman səpgilər meydana çıxır.
Allergik purpura deyilən bir dəri xəstəliyi vardır ki, bu dəridə səpgilər və qızartılarla müşayiət olunur. Bu səpgilər əsasən kürək nahiyyəsində əmələ gəlir. Xəstəliyin əmələ gəlməsinə mədə-bağırsaq sistemində, böyrək və qaraciyərdə olan xəstəliklər səbəb ola bilir. Səpgilərin müalicəsinə daxili orqanların müalicəsindən başlamaq lazımdır. Çünki müalicə düzgün istiqamətdə aparılmasa, səpgilərin ölçüsü arta bilər və adi görünən sızanaq ekzemaya, pssoriaza dönüşə bilər.
Kürək nahiyəsində səpgilərin əmələ gəlməsinə fındıq, qoz, fısdıq, çiyələk, avokado və bu kimi allergiya verən qidaların qəbulu da səbəb ola bilir.
Kürəkdə əmələ gələn səpgilər başqa faktorların da meydana gəlməsinə şərait yaradır.
* səpgi yerlərində göy ləkələrin iz qoymasına
* qaşıntıya
* irin və iltihabın baş verməsinə
* şişkinlik və istiliyə
* qabıq və ya kəpək qoyma
* kürək dərisində həssaslıq və irinli səpgilərdə ağrıya.
Kürəkdə səpgiləri aradan qaldırmaq üçün dermatoloqla terapevtin birgə müalicəsi daha yaxşı təsir göstərir. Allerqoloqun məsləhəti də xəstəliyin əlamətlərinin aradan qalxmasında yardımçı olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.