Saçlarımız də dərimiz üçün istifadə ediləcək bir çox təbii vasitələr mövcuddur. Bu vasitələr bitkilərdən və müxtəlif meyvələrdən əldə edilir. Həmin vasitələrdən biri də bitkilərdən hazırlanan sabunlardır.
Belə sabunlardan biri də kükürdlü sabundur.
Kükürdlü sabunun ən gözəl xüsusiyyətlərindən biri onun sızanaqları qurutmaq qabiliyyətinə malik olmasıdır. Bu səbəbdən də kükürdlü sabunla yuyulan dəridə akne xəstəliyi əmələ gəlmir. Tərkibində ola kükürd ankenin əmələ gəlməsinin qarşısını almaqla yanaşı onun müalicəsində də effekli təsir gücünə sahibdir.
Kükürdlü sabun antiseptik və antibakterial təsirə malikdir. O dəridə mikrob və yağlanma kimi problemlərin qarşısını alır. Bu səbəbdən də kükürdlü sabun dəri üçün ideal müalicə vasitəsi sayılır.
Onun xoşagəlməz zəif iyi olsa da, bu iy dəridə qalmır. Sabunun dəri üçün faydaları o qədərdir ki, onun iyi ən arxa planda qalır.
Kükürdlü sabunun faydaları:
* Dərini təmizləməkdə alternativi yoxdur.
* Dərini ciddi və dərindən təmizləyir.
* Dəridə olan ölü təbəqəni aparır.
* Dərini sığallı edir.
* Keratolitik təsiri vardır.
* Antibakterial və antimikrob təsirə malikdir.
* Dəridəki yağlanmanı aradan qaldırır.
* Dərinin yağ və su mübadiləsini normallaşdırır.
* Dəridə zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır.
* Qara nöqtələri yox edir və yenisinin əmələ gəlməsini əngəlləyir.
* Dərinin rahat nəfəsalmasına yardım edər.
* Ekzema, sədəf və göbələk xəstəliklərini aradan qaldırır.
* Seboreya,vulqaris və rozase kimi xəstəliklərin dəri xəstəliklərinin müalicəsində effekli təsir göstərir.
* İsti havalarda dərinin tərləməsini azaldır.
Yuxarıda sadalanan effekti almaq üçün kükürdlü sabunda düzənli olaraq istifadə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kükürdlü sabundan dərisi quru olan adamlar istifadə edərkən çox diqqətli olmalıdrlar. Çünki bu sabun dərinin quruluğunu daha da artıra bilər.
Orqanik.az