KT və MRT-nin fərqi

Müasir tibbdə müxtəlif rentgen aparatlarının kəşfi xəstəliklərin diaqnozunun qoyulmasını asanlaşdırmaqla müalicəni daha da effektli edir. Əvvəllər daxili xəstəliklərin diaqnozu USM və rentgen vasitəsilə təyin edilirdi. Amma KT və MRT-nin meydana çıxması diaqnozun daha da dəqiq olmasını təmin edir. Bəs bunun əsasında nə durur, kompyuter tomoqrafiyasının üstünlükləri və zərərləri nədir?
Kompyuter tomoqrafiyası
Kompyuter tomoqrafiyası rentgen şüaları vasitəsilə müayinə metodlarından ən müasiri hesab edilir. Bu müayinə metodu zamanı rentgen şüaları orqanizmə daxil olur və daxili oprqanların şəkli plyonkada daha iri şəkildə fokuslaşır. Kompyuter tomoqrafiyası aparatının üstünlüyü rentgen şüalarının dairəvi dalğalarla xəstənin bütün toxumalarına daxil olması və hətta xəstənin uzandığı stola qədər nüfuz etməsidir. Bu şüalanma daxili orqanların bütün nöqtələrinin görünməsinə şərait yaradır. Kompyuter tomoqrafiyası orqanların üç istiqamətdə şəklini çəkə bilir və tam diaqnoz qoyulmasını təmin edir. Aparatın xəstə orqana tərəf dəqiq yönəldilməsi diaqnozun dəqiqliyini təmin edir.
Maqnit Rezonans Tomoqrafiyası
Maqnit rezonans tomoqrafiyasının da müayinə üsulları kompyuter tomoqrafiyasının müayinə metodlarına əsaslanır. Aparatların fərqi MRT-nin elektromaqnit dalğaları ilə fəaliyyət göstərməsidir. MRT zamanı elektromaqnit dalğaları orqanları hüceyrə səviyyısində müayinə edir və proeksiyanı çəkir. Kompyuret tomoqrafiyasının maqnit rezonans tomoqrafiyasından fərqi onların şüalanmasının fərqli olmasıdır. Kompyuter tomoqrafiyası aparatıdan ən çox aşağıdakı hallarda istifadə edilir:
* dişlərin və sümüklərin zədələnmələri zamanı
* oynaqların zədələnmələri zamanı
* müxtəlif travmalar zamanı qanaxmalar baş verdikdə
* onurğanın yırtığı, osteoxondrozu, skoliazı və digər xəstəlikləri müayinə etmək üçün
* baş beyində zədələnmələri müayinə etmək üçün
* döş qəfəsi orqanlarının xəstəliklərinin müayinəsi üçün(pnevmoniya,vərəm və s.)
* qalxanvari və qalxanabənzər vəzin müayinəsi
* mədə və bağırsaqların müayinəsi zamanı
* damarlarda baş verən xəstəliklərin müayinəsi(anevrizma, ateroskleroz və s.)
* sidik sistemi orqanlarının müayinəsi.
Kompyuter tomoqrafiyası şişlərin, daşların və kistaların da müayinəsində əvəzolunmaz rol oynayır.
Maqnit rezonas tomoqrafiyadan isə sümük və damar sistemi xəstəliklərinin, yumşaq toxumaların müayinəsində istifadə edilir. Bu müayinələrə aiddir:
* yumşaq toxumalarda şiş xəstəlikləri şübhəsinin olması
* beyin qan dövranının və onurğa beynin müayinəsi
* baş beynin və onurğa beynin müayinəsi
* sinir sistemi xəstəliklərinin, sklerozun və insultun müayinəsi
* əzələlərin və bağların müayinəsi
* sümük üstü nahiyyənin müayinəsi.
Yuxarıda sadalanan bütün xəstəliklər üçün KT və MRT göstəriş sayılır. Müayinə stolda xəstənin uzanması şəraitində həyata keçirilir. Müayinə zamanı xəstənin hərəkətsizliyi təmin edilir. Müayinə təxminən 30-40 dəqiqə davam edir. Bəzi xəstələrə müayinə zamanı sakitləşdirici vermək lazım gəlir. Bu ən çox nevroloji və azyaşlı uşaqların müayinəsi zamanı lazım gəlir. Hamilə qadınların MRT müayinəsinə həkimlər yanlız hamiləliyin ilk üçaylığı zamanı icazə vermirlər. Müayinə zamanı xəstələrdən diş protezlərini, eynəklərini və bəzək əşyalarını çıxarmaq tələb olunur.
Sidik ifrazı sisteminin və ginekoloji orqanların müayinəsi zamanı xəstələrdən sidik kisəsinin dolu olması tələb olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.