Körpələrdə SU ZƏHƏRLƏNMƏSİ

Yeni doğulan körpələri su ilə qidalandırmaq ağır nəticələr verə bilər. Lakin son araşdırmalara görə, uşaqlara su vermək böyük riskdir. Bu, bəzi hallarda su zəhərlənməsinə səbəb olur və körpənin orqanizminə böyük ziyan vurur.

AZƏRTAC xəbər verir ki, qida üzrə mütəxəssis Seymur Qafarov deyib: “Körpələr 1 yaşına qədər suya ehtiyacı duymurlar. Onların su ilə qidalanması zəhərlənməyə, şok halına düşməyə, hətta qarşısı alınmasa ölümə aparıb çıxara bilər. Bu, əsasən körpənin həzm sisteminin çox həssas olması və su ilə qidalanma zamanı buna duyarlı olduğundan hər hansı orqanizmin fəsad verməsi ilə əlaqədardır”.

Körpələr ən azı altı ay yalnız ana südü ilə qidalanmalıdır, altı aydan sonra vaxtaşırı bir udumluq su vermək olar. Yeni araşdırmalara görə, körpələr 1 yaşına qədər susuz yaşaya bilər. Onların su ehtiyacını ana südü və əvəzedicilər ödəyir. Həkimlər suyun tərkibində uşağın inkişafı üçün lazımı mineralların olmadığını deyirlər.

Həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Həmin yaşdan kiçik uşaqlara çox su verilməsi elektroliz, natrium, kalium, kalsium, əsasən fosfor mübadiləsinin pozulması nəticəsində hiponatremiyaya səbəb olur və bunun nəticəsində orqanizmin bütün hüceyrələrində maye toplanmağa başlayır. Bunlardan ən təhlükəsi beyin hüceyrələrində maye toplanmağa başlaması nəticəsində kəllədaxili təzyiqin artmasına və nəticədə bəzən geriyədönməz proseslərin baş verməsinə səbəb olur. Uşaqlarda səbəbsiz narahatlıq varsa, bədən hərarəti 36,1 dərəcədən aşağı düşürsə, qusma halları baş verirsə və yaxud sidiyi həddindən artıq şəffafdırsa, su zəhərlənməsindən şübhələnmək olar”.

Mütəxəssislərin dediyinə görə, qısa müddətdə çox maye itirilməsi su zəhərlənməsinə aparıb çıxarır. Böyüklər susuzluğu nəzarət altına ala bilirlər, lakin körpələr bunu bacarmırlar. Elə bu səbəbdən də su zəhərlənməsi ölümlə nəticələnə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.