Körpəyə hansı D vitamini və necə verilməlidir? – MƏSLƏHƏT

D vitamini, sümüklərin inkişafı, hüceyrələrin böyüməsində önəmli rol oynayır. Əgər orqanizmdə vitamin çatışmazlığı olarsa, bu, sümüklərdə bir sıra dəyişkənliyə gətirib çıxarar ki onlardan ən vacibi raxit xəstəliyidir. Bunun üçün vitaminin normal miqdarda qəbulu şərtdir.

Günümüzdə apteklərdə bir çox D3 tərkibli vitaminlər satılır. Hər pediatr isə eyni dərman preparatını yazmır. Bu da alıcılarda çaşqınlıq yaradır.

Orqanik.az valideynlərin ən çox verdiyi suallara cavabları təqdim edir.

Valideynlər ciblərinə uyğun istənilən D3 vitaminini ala bilər. Bahalı, ucuzluğu və ya hansı firmanın olması fərq etməz.

Son zamanlar “Akvadetrim” və “Simbavit” dərmanları ən çox alınan D3 vitaminləri sırasındadır. Hansının daha keyfiyyətli olması isə valideynlərdə sual doğurur. Bəziləri akvadetrim vitamininin tərkibində spirt olduğunu və buna görə məsləhətli olmadığını deyirlər. Digər qisim isə simbaviti pisləyərək digər preparatı üstün tutur.

Akvadetrimin tərkibində olan spirt benzil spirtidir ki bu da təhlükə törətmir. Valideynlər etil spirti ilə benzil spirtini qarışdırmasınlar. Bu tərkibdə olan spirt bir çox şirniyyatların daxilinə qatılır. Bunun bu qədər şişirdilməsi düzgün deyil. Uşaqlar üçün heç bir təhlükədən söz gedə bilməz. Bir çox dərmanların da tərkibinə qatılır. Akvadetrim normal preparatdır və istifadə edilməsinin heç bir zərərli təsiri yoxdur

Bəzi valideynlər ixtiyari olaraq (bəzən isə zökəm bronxit və ya pnevmoniya olduğu zaman ana özbaşına kəsir), bəziləri isə həkim göstərişi əsasında bu vitaminin verilməsini dayandırır.

“Uşaq o zaman bu tələbatı tam ödəmiş olur ki, heç bir paltar geyinmədən yalnız pampers ilə yarım saat, 1 saat günəş şüaları altında qalsın. Analar əksər zaman uşağını geyindirərək, papaq taxaraq gəzdirir. Bununla da körpə lazımı D vitamini ala bilmir. Südəmər körpəyə isə xüsusilə verilməlidir. Əksər D vitamini gün ərzində bir qaşıq suda təyin olunan miqdarda həll olunaraq verilir, yeməkdən öncə və ya sonra olmasının fərqi yoxdur.

Qeyd edək ki, D3 vitamini körpəyə iki həftəsindən başlayaraq 2 yaşına qədər verilməlidir.

Almaniyada bu göstərici 5, Türkiyədə 3 yaşına kimidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.