Koronavirusun daha bir fəsadı üzə çıxdı

Amerikalı həkimlər COVID-19 infeksiyasının bəzi hallarda xəstə sağaldıqdan sonra belə ən azı üç ay ərzində qaraciyər toxumalarına zərər verməsinə dair ilkin sübutlar aşkar ediblər.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Şimali Amerika Radiologiya Cəmiyyətinin (RSNA) mətbuat xidməti məlumat yayıb.

Həkimlər Massaçusets Ümumi Xəstəxanasının 130 daimi xəstəsinin sağlamlığının monitorinqi zamanı əldə edilmiş qaraciyərin ultrasəs görüntülərinin müqayisəsi zamanı fibroz və koronavirus infeksiyasının inkişafı arasında əlaqəni aşkar ediblər.

Bildirilib ki, koronavirus qaraciyər fibrozunun inkişafına səbəb ola bilər. COVID-19 bu orqanın toxumalarına geniş miqyaslı ziyan vura və bu orqanın daxilindəki birləşdirici toxumada çapıqların yaranmasına yol aça bilər. Məhz bu amil qaraciyərin fəaliyyətini poza və zaman keçdikcə qaraciyər çatışmazlığına səbəb ola bilər.

Alimlərin sözlərinə görə, koronavirus təkcə ağciyərlərə və qaraciyərə təsir etmir, eyni zamanda beyin, burunun selikli qişası, yemək borusu, qan damarları və ürək də daxil olmaqla digər bədən toxumalarının bəzi hüceyrələrini də zədələyir.

Amerikalı həkimlərin son müşahidələri göstərir ki, bu fəsadların çoxu xəstələr sağaldıqdan sonra ən azı bir neçə ay davam edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.