Koronavirusdan sonra yaddaşınız zəifləyibsə, bunları yeyin

Yaş irəlilədikcə yaranan problemlərdən biri də yaddaşın zəifləməsidir. Bu, stres, gərgin iş rejimi, düzgün olmayan qidalanmadan qaynaqlana bilər. Eyni zamanda son iki ildə yayılan koronavirus da hafizənin zəifləməsinə səbəb olur. Bir çox insan virusdan sağalsa da, yaddaş problemi yaşamağa davam edir.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, unutqanlığı aradan qaldırmaq üçün kitab oxumaq, bəzi önəmli hadisələri yadda saxlamaq, krossvord həll etmək, telefon kimi beyni şüaya məruz qoyan cihazlardan az istifadə etmək və ən əsası düzgün qidalanmaq lazımdır.

Bəs hansı ərzaqlar yaddaşı gücləndirməyə yardımçı olur?

Balıq:

Balıqlar sağlam doymamış yağ olan omeqa 3 ilə zəngindir. Aparılan araşdırmalara görə, altsheymer xəstələrinin beyin qruplarını zədələyən beta-amiloid adlı zülalın omeqa 3 ilə qidalanan insanların qanında aşağı səviyyədə olduğu müəyyən edilib. Bu səbədən balıq beyin hüceyrə membranları üçün həyati əhəmiyyət kəsb edən DHA (dokosaheksaenoik turşusu) mənbəyidir. Omeqa 3 yağ turşuları, xüsusilə DHA, beyin hüceyrələri arasındakı əlaqəni artırır. Bu xüsusiyyəti sayəsində unutqanlıq, demensiya (əqli zəiflik) və digər nevroloji xəstəliklərə qarşı olduqca təsirlidir. Buna görə də həftədə azı iki dəfə balıq məhsulları yemək tövsiyə olunur.

Balqabaq toxumu:

Güclü antioksidant mənbəyi olan balqabaq toxumu beyni sərbəst radikalların zədələnməsindən qoruyur. Balqabaq tumları da yaxşı maqnezium və sink mənbəyidir. Maqnezium öyrənmə və yaddaş üçün çox vacib mineraldır. Gündə 1 çay stəkanı duzsuz balqabaq tumunu istehlak edə bilərsiniz.

Nar:

Təbii bitki piqmenti olan flavonoidlər çiyələk, qaragilə, böyürtkən, nar, damson, moruq və qara tut kimi qırmızı və bənövşəyi meyvələrə rəng verməklə yanaşı, yaddaşın möhkəmlənməsinə də kömək edir. 2012-ci ildə “Annals of Neurology” jurnalında dərc olunan məqalədə, hər həftə 2 və daha çox bir qab çiyələk və qaragilə qəbul edən qadınlarda yaddaş itkisinin 2,5 il daha azaldığı qeyd olunub.

Qoz:

2015-ci ildə UCLA-da (University of California, Los Angeles) aparılan araşdırmada, adekvat və balanslaşdırılmış qoz istehlakının öyrənməyə, yadda saxlamağa, ünsiyyət qurmağa, emosiyaları tənzimləməyə və qərar qəbul etməyə yardımçı olduğu təsdiqlənib. E vitamini az olan insanların yaddaşı zəifdir. Bu vitaminlə zəngin olan qozun hər gün ən az 3 ədədini istehlak etməyiniz tövsiyə olunur.

İspanaq:

İspanaq, kələm və cəfəri kimi yaşıl tərəvəzlərdə beyin sağlamlığı üçün faydalı olan K vitamini, beta karoten, lutein və folat var. Araşdırmaya görə, bu qidalar zehni geriləməni yüzdə 40 faiz ləngidir. Ancaq yaşıl yarpaqlı tərəvəzləri aldıqdan sonra ən gec 4 gün ərzində istehlak etməlisiniz. Əks halda tərkibindəki yararlı maddələrin dəyəri azalacaqdır.

Zeytun yağı:

Zeytun yağının tərkibindəki oleokantal altsheymer xəstəliyi riskini azaldır. Gündə orta hesabla 5 yemək qaşığı zeytun yağı istehlak etmək məsləhət görülür.

Yumurta:

Harvard Tibb Məktəbində Pediatrik Epilepsiya Araşdırma Mərkəzində aparılan bir araşdırmaya görə, yumurta sarısında olan xolin sayəsində epileptik tutmaların səbəb olduğu yaddaş itkisi azalır. Yumurtanın tərkibindəki zülal, B, B12, D və E vitaminləri də yaddaşı gücləndirir. Buna görə, hər gün bir yumurta istehlak edə bilərsiniz. 

Tünd şokolad:

Tərkibindəki kakao flavonoidləri öyrənməyə və yaddaşa müsbət təsir göstərir. Flavonoidlər yaşlanma ilə baş verən zehni geriləməni yavaşladır. Həftədə 40 qram tünd şokolad istehlak edə bilərsiniz.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.