Koronavirusdan sonra tənhalıq və depressiya pandemiyası gələcək – Psixoloqlar

Psixoloqlar gənclər arasında tək qalmaq, tənhalıq probleminin artması barədə həyəcan təbili vurur.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, alman psixoloqları 125 min nəfəri əhatə edən yeni elmi araşdırma aparıblar.

Son 40 ildə gənclər özlərini daha çox tənha və lazımsız hiss etməyə başlayıb.

Tənhalıq o halda yaranır ki, insanlar arzuolunanla real sosial münasibətlərin bir-birinə uyğun gəlmədiyini görür. Bu vəziyyətin pik həddi 23-29 yaş arasında olur. 20-29 yaş arasında romantik, dostluq və sosial münasibətlər əhəmiyyətlidir və artıq formalaşmış olmalıdır.

Alimlər tənhalığı araşdıran 345 elmi tədqiqatı analiz edərək, belə qərara gəliblər ki, gənclər danışmağa, fikir bölüşməyə insan tapa bilmir, ətrafında çox sayda insan olsa da özünü təklənmiş hiss edir.

Tənhalıq hissi həm Amerikada, həm Avropada artan temp üzrə gedir. Eləcə də Yaponiya və Çin geri qalmır. 2012-ci ildən sonra smartfon, sosial şəbəkələrin artması tənhalığın sürətini azaldıb, lakin bunlar real yox, virtual münasibətlərdir.

Alimlər pandemiyanın gəncləri daha da çökdürdüyünü deyərək, koronavirusdan sonra tənhalıq pandemiyasının yaranacağını proqnozlaşdırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.