Psixoloqlar gənclər arasında tək qalmaq, tənhalıq probleminin artması barədə həyəcan təbili vurur.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, alman psixoloqları 125 min nəfəri əhatə edən yeni elmi araşdırma aparıblar.
Son 40 ildə gənclər özlərini daha çox tənha və lazımsız hiss etməyə başlayıb.
Tənhalıq o halda yaranır ki, insanlar arzuolunanla real sosial münasibətlərin bir-birinə uyğun gəlmədiyini görür. Bu vəziyyətin pik həddi 23-29 yaş arasında olur. 20-29 yaş arasında romantik, dostluq və sosial münasibətlər əhəmiyyətlidir və artıq formalaşmış olmalıdır.
Alimlər tənhalığı araşdıran 345 elmi tədqiqatı analiz edərək, belə qərara gəliblər ki, gənclər danışmağa, fikir bölüşməyə insan tapa bilmir, ətrafında çox sayda insan olsa da özünü təklənmiş hiss edir.
Tənhalıq hissi həm Amerikada, həm Avropada artan temp üzrə gedir. Eləcə də Yaponiya və Çin geri qalmır. 2012-ci ildən sonra smartfon, sosial şəbəkələrin artması tənhalığın sürətini azaldıb, lakin bunlar real yox, virtual münasibətlərdir.
Alimlər pandemiyanın gəncləri daha da çökdürdüyünü deyərək, koronavirusdan sonra tənhalıq pandemiyasının yaranacağını proqnozlaşdırır.
Orqanik.az