Britaniyalı tədqiqatçılar koronavirusa yoluxan xəstələrdə diaqnoz qoyulması çətin olan ağciyər patologiyalarını aşkar ediblər.
Orqanik.az “Report”a istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xəstələrdə qan dövriyyəsində çətinliklər üzə çıxıb. Ağciyərlərdəki dəyişikliklər isə oksigenin qana çatmasını çətinləşdirib.
Patologiyalar maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə müəyyən edilib və prosedur zamanı xəstələr oksigen və ksenon qarışığı ilə nəfəs alıblar.
Son statistikaya görə, Britaniyada koronavirusda sağalan 1,3 milyona qədər insan xəstəliyin fəsadlarından əziyyət çəkir. Buraya nəfəs darlığı, şiddətli yorğunluq, baş ağrıları, yaddaş və diqqətin pozulması, oynaqlarda ağrı, dad və ya qoxuları hiss etmə qabiliyyətinin itirilməsi daxildir.
Orqanik.az