“COVID-19-dan əziyyət çəkən xəstələr sonradan iybilmə qabiliyyətini əbədi olaraq itirə bilərlər”.
Orqanik.az APA-ya istinadən bildirir ki, bunu otolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaitsev yerli mətbuata açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, əgər insan iybilmə qabiliyyətini tamamilə itiribsə və koviddən bir il sonra qoxu hissi geri qayıtmayıbsa, bu mənfi hal ömrünün sonuna qədər davam edəcək: “Əgər mərkəzi sinir sistemi zədələnirsə, o zaman xəstəyə kömək etmək mümkün olmayacaq”.
O əlavə edib ki, qoxu hissini bir ildən artıq müddətdə bərpa etmək ehtimalı çox azdır.
Digər otolarinqoloq İvan Leskov da həmkarı ilə eyni fikirdə olduğunu deyib: “İnfeksiya iybilmə reseptorlarını və ya sinir uclarını dəstəkləyən hüceyrələrə təsir edərsə, insan qoxu hissini itirə bilər. Belçikalı alimlərdə bu qənaətə gəliblər. İtaliyal tədqiqatçılar sağalma müddətini 80 gün, almanlar isə 100 gün qeyd edirlər. Amma elə olur ki, insanlar bundan sonra da qoxuları geri qaytarmırlar. Belə olduqda, təəssüf ki, iybilməni bərpa etmək ehtimalı çox azdır”.
Bununla belə, Leskov əlavə edib ki, qoxu analizatoru ilə əlaqəli ikinci bir variant var. O, belə problemlər yaşandıqda otolarinqoloqla deyil, nevropatoloqla əlaqə saxlamağı tövsiyə edib.
Orqanik.az