Koronavirusun kiçik hissəcikləri xəstələrin ağciyərlərindən çıxaraq uzun müddət havada asılı qalır və əvvəllər güman edildiyi ilə müqayisədə daha böyük məsafəyə yayılır.
Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, London Universitet kolleci tərəfindən aparılmış laboratoriya tədqiqatları bu nəticəyə gəlməyə əsas verir.
Tədqiqatın müəllifləri insanın nəfəs aldığı, danışdığı və öskürdüyü zaman havaya düşən respirator damcı sistemlərini ətraflı təhlil edərək bu qənaətə gəliblər ki, həmin selikli qişa virus hissəciklərinin daha uzaq məsafələrə yayılmasına imkan verir. Nəticədə “çarpaz yoluxma” deyilən hadisə baş verir. Mütəxəssislər hesab edirlər ki, ölçüləri cəmi bir neçə mikron olan aerozol damcıları demək olar ki, ani sürətlə havada quruyur və zərərsizləşir.
Lakin elmdə sübut edilib ki, koronavirusa yoluxmuş insan otaqdan çıxandan cəmi bir neçə dəqiqə sonra oradakı insanlar da koronavirusa yoluxurlar. Belə bir konsepsiya da yoxlanıb ki, viruslar xeyli uzaq məsafədə yoluxma xüsusiyyətini saxlaya bilir. Bu konsepsiya real dünyada aparılan müşahidələrə tam uyğundur.
Orqanik.az