Kondisionerdən necə istifadə etsək xəstələnmərik?

“Yay mövsümündə insanlar isti küçədən kondisioner işləyən otağa keçəndə zökəm (soyuqdəymə) riski ilə üzləşə bilərlər”.

Orqanik.az bildirir ki, rusiyalı terapevt Tatyana Romanenko “Sputnik” radiosuna verdiyi müsahibədə bu barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, temperaturun qəfil dəyişməsinə imkan vermək olmaz. Xüsusilə otaqdakı və ya avtomobildəki havanı tədricən soyutmaq lazımdır və çöldəki hava ilə temperatur aralığı 6-8 dərəcədən çox olmamalıdır.

Bundan əlavə, Romanenko kondisionerin düzgün quraşdırılmasının vacibliyini də vurğulayıb. Həkim bildirib ki, kondisioner birbaşa insanın başının üstündə olmamalı və sərin havanı birbaşa ona vurmamalıdır.

Cihazla insan arasında məsafə 1.5-2 metr olmalıdır.

Mütəxəssis qeyd edib ki, kondisionerdə toz və bakteriyanın yığılmasının qarşısını almaq üçün filtrlər daim təmizlənməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.