Kök şirəsi qan təzyiqini aşağı salır

İnsanda arterial təzyiqin çox yüksək olması o deməkdir ki, onun ürəyi bütün bədəninə qan vurmaq üçün həmişəkindən daha çox işləməli olur. Zamanla bu, ürək, beyin və böyrəklər kimi həyati vacib orqanlara əlavə yük yaradır.

Orqanik.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu, ürək xəstəliyi, insult və ağıl zəifliyi riskinin artması ilə dağıdıcı fəsadlara səbəb ola bilər.

Bir çox tibbi vəziyyətlər kimi, pəhriz çox vaxt qan təzyiqinin yüksək və ya aşağı olmasına təsir edir.

“Duz bədəni suyu saxlamağa məcbur edir. Suyun artıq miqdarda olması qan damarlarının divarlarına əlavə təzyiq göstərir. Göstərilib ki, yüksək miqdarda kalium tərkibli qida məhsullarının qəbulu buna müqavimət göstərməyə kömək edir, çünki orqanizmə natriumdan qurtulmağa kömək edir və qan damarlarını rahatlaşdırır. Kaliumla zəngin tərəvəzlərdən biri hər 100 qramında 320 mq kalium olan kökdür”, – deyə həkim-diyetoloq Vasilisa Ponomaryova bildirib.

Kökün istehlakı qan təzyiqini aşağı sala bilər. Tədqiqatların biri isə göstərib ki, kökün şirə formasında istehlakı ürək xəstəlikləri riskinin azaldılması üçün faydalıdır. Tərəvəz qəbul edən siçanlarda arterial təzyiqin aşağı düşməsi və çəkinin itirilməsi müşahidə olunub.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.