Kök olan və arıqlaya bilməyənlər mütləq bu müayinələrdən keçməlidirlər

Bütün kök insanlar çəkilərini azaltmaq istəyir. Bəzən də elələri olur ki, aylarla pəhriz saxlamaqlarına baxmayaraq onların çəkiləri durmadan artır. Bu cür insanların kökəlmələrinin səbəbi onların qəbul etdikləri qidaların miqdarından asılı olmur. Bunun səbəbi hormonal və ya mübadilə pozğunluğudur. Arıqlamaq istəyən adamlar köklmələrinin səbəbini araşdırmaq üçün mütləq aşağıdak müayinələrdən keçməlidirlər. Qanda aşağıdakıların miqdarının normal olmaması orqanizmin piylənməsin səbəb olur.

Tiroksin və tiryodtironin
Bu qalxanabənzər vəzin hormonudur. Bu hormonlar maddələr mübadiləsində iştirak edir, mübadilənin sürətini və tezliyini idarə edir.Tiroksin və triyodtrionin hormonunun normada olmaması orqanizmin artıq çəki yığmasına səbəb olur.
Triotrop hormonu
Triotrop hormon hipofizin hormonudur. Bu hormon qalxanabənzər vəzin hormonunun ifrazına nəzarət edir. Bu hormonun az olması hipotrioza səbəb olur. Bu da piylənmə verir.
Qanda qlükozanın miqdarı
Sağlam adamın qanında qlükozanın miqdarı müvəqqəti olaraq arta bilir. Bu orqanizmin yaşından, fiziki işindən, qəbul elədiyi qidalardan, günün vaxtından, stresslərdən asılı olur. Qanda qlükozanın yoxlanılması acqarına olmalıdır. Müayinə zamanı qlükozanın miqdarı 6 mmol-dan çox olarsa, bu maddələr mübadiləsinin pozulmasının əlamətidir. Maddələr mübadiləsi isə artıq çəkiyə səbəb olur. Qlükozanın çox olması şəkərli diabet xəstəliyinin əlaməti sayılır.
İnsulin
İnsulin mədəaltı vəzin hormonudur. Qanda isulinin normada olması maddələr mübadiləsinin normal olmasının göstəricilərindən biridir. Qanda insulinin miqdarının çox olması xəstənin iştahının çox olmasına və bu səbəbdən də çoxlu qida qəbuluna səbəb olur. İnsulinin qanda çox olması artıq çəkinin əmələ gəlməsinə səbəb olan amillərdən biridir.
Estradiol
Artıq çəkinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də estradiol hormonunun miqdarındakı disbalansdır. Bu hormon dərialtı piy toxumasının miqdarının artmasına səbəb olur. Estradiol hormonu qadınların ikincili cinsi hormonlarını idarə edir. Hormonun qanda normadan çox olması qadınların qarın, bud hissəsidə piy toxumasının yığılmasına səbəb olur.
Kortizol
Kortizol böyrəküstü vəzin hormonudur. Kortizol orqanizmin enerji mübadiləsində yaxından iştirak edir. Kortizol hormonu stress zamanı orqanizmdə yığılmış piy toxulmalarının miqdarının artmasına səbəb olur. Bu hormon enerji mübadiləsində işttirak edir və miqdarının normada olmaması piylənməyə səbəb olur.
Testosteron
Testosteron kişi hormonu sayılır, lakin bu hormondan qadın orqanizmində də olur. Testosteron və estradiol hormonıarı qadınların normal aybaşı olduqları zaman normal miqdarda olur. Bu hormonun normada olmaması maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur.
Follikulları stimulyasiya edici və lütein hormonu
Bunlar hipofizin hormonlarıdır və yumurtalıqların formalaşmasını stimulyasiya edir. Aybaşı olmayan qadınların kökəlməsinin səbəbi obların qanında bu hormonların normal miqdarda olmamasıdlr. Endokrin sisstem pozğunluqları zamanı da qanda bu hormonların disbalansı müşahidə edilir.
Bu hormonların normada olmaması kökəlməyə səbəb olur. Bu zaman arıqlamaq mümkünsüz saılır. Hormonlar səbəbli kökəlməni isə hormonal müalicə aparmaqla qarşısını almaq olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.