C vitamini ilə zəngin olan kivinin tərkibində həmçinin A, E, K vitaminləri mövcuddur. Kalsium, maqnezium, fosfor, potasium minerallar cəhətdən də zəngindir.
Kivi astma xəstəliyinin müalicəsində də müsbət effekt verir.
Proteini parçalamağa kömək olur. Bu da həzm prosesini asanlaşdırır.
Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi ardan qaldırır.
Qan şəkərini tənzimləyir.
Şəkərli diabet xəstələri kivi meyvəsindən yeyə bilərlər. Kivi qan şəkəri səviyyənizi əsla yüksəltməz.
Bədəndəki yaraların sağalmasında effektlidir.
İmmun sisteminizin bərpasına yardımcı olur.
Görmə problemi yaşayanlar kividən bol istifadə edə bilərlər. Göz yorğunluğunu alaraq görmənin yaxşılaşmasına yardımcı olur.
Orqanizminizdə gedən iltihablaşma, sızanaq əleyhinə kividən istifadə etməyiniz çox faydalı olacaqdır.
Üzdəki ləkələri də təmizləməyə yardımcı olacaqdır. Bunun üçün 1 kivi, 1 xörək qaşığı limon suyu və balı qarışdıraraq üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra su ilə yuya bilərsiniz.
Dərini canlandıraraq cavanlaşdırır.
Kivi quru, çatlamış dodaqların ölü dəri hüceyrələrindən xilas olmasına kömək edir. Tərkibindəki c vitamini çatlamış dodaqları qidalandırar və tünd rəngini açmağa kömək edər. Bunun üçün kivini püre halına gətirin. 1 çay qaşığı şəkər və 1 xörək qaşığı zeytun yağı əlavə edərək yaxşıca qarışdırın və dodaqlarınıza çəkin. Barmaqlarınızla ovalayaraq ölü dəridən qurtula bilərsiniz. Bu maskanı gündə 1-2 dəfə edə bilərsiniz.
Orqanik.az