Dövrün ən geniş yayılan və qorxunc xəstəlikərindən biri olan xərçəng kişi və qadınlarda fərqli simptomlarla özünü biruzə verir.
Bu xəstəliyin müalicəsi çox zaman müsbət nəticə verməsə də, erkən diaqnozla xərçəngə qalib gəlmək mümkündür.
Lakin burada müalicədən çox insanın öz üzərinə böyük məsuliyyət düşür. İnsan öz orqanizmində baş verən dəyişiklikləri diqqətindən qaçırmamalı və hər riski nəzərə almalıdır.
Mütəxəssislər bildirir ki, kişilərdə xərçəng 13 əsas simptomla özünü biruzə verir.
Tez-tez sidik qaçırma
50 yaşdan yuxarı kişilərin bir çoxunda bu problemə rast gəlinir. Bununla yanaşı, sidiyə gedən zaman problemlər ortaya çıxırsa, prostat xərçəngi şübhəsi yaranır. Hər hansı problem olmasa belə, 50 yaşdan yuxarı kişilər prostat vəzisi müayinəsi etdirməlidir. Bu, xəstəliklərin erkən diaqnozu və müalicəsi üçün önəmlidir.
Cinsiyyət orqanındakı dəyişikliklər
Cinsi orqanda hər hansı şişkinlik və ağrı hiss edilirsə, mütləq uroloqa müraciət olunmalıdır. Bu nahiyədə yaranan xərçəng prostat xərçəngindən də sürətlə inkişaf edən xəstəlikdir.
Nəcisdə qan
Hemoroid, ya da idrar yolu infeksiyası böyrək, düz bağırsaq xərçənginin ilk simptomları arasında ola bilər. Buna görə də qanamaya rast gəlirsinizsə, həkimə müraciət etməkdə fayda var.
Cilddə dəyişikliklər
Dəridəki xallarda ölçülərin, formaların və ya rənglərin dəyişməsi həyəcan siqanlı ola bilər. Bu, dəri xərçənginin xəbərçisi deməkdir.
Nəfəs borusu infeksiyası kimi hər hansı sağlamlıq probleminiz yoxdursa, boyunda, qoltuq altında və digər bölgələrdə yerləşən limfa düyünlərində şişliklər varsa, bu xərçəngin ilk simptomu sayıla bilər.
Udqunmaqda çətinlik
Bəzi insanlar bu problemdən heç bir səbəb olmadan da əziyyət çəkir. Lakin bu problemə sürətli çəki itirmə, qusma da yoldaşlıq edrisə, həkimə müraciət etmək lazımdır. Bu simptomlar boğaz və mədə xərçəngindən xəbər verir.
Mədədə yanğı hissi
Qida qəbulunda hər hansı dəyişiklik etmədiyiniz təqdirdə, stress vəziyyətində deyilsinizsə və mədədə qıcqırma, yanma kimi narahatlıqlar hiss olunursa, bu, mədə xərçəngindən xəbər verə bilər.
Ağız boşluğunda dəyişikliklər
Əgər siqaret çəkirsiniz və ya tütün çeynəyirsinizsə, ağız boşluğunda xərçəng hüceyrələrinin yaranma ehtimalı yüksəkdir. Son dövrlərdə ağız içində və ya dodaqlarda ağ və qırmızı ləkələr rast gəlinirsə, mütləq stomatoloqa müraciət etmık lazımdır.
Səbəbsiz çəki itirmək
Qida qəbulu və hərəkətlilikdə dəyişiklik yoxdursa, nəzarət etmədiyiniz formada çəki itirirsinizsə, bu, tiroid (qalxanabənzər vəzi xəstəliyi) ilə yanaşı, mədəaltı vəzi, mədə və ağ ciyər xərçənginin simptomlarından biri ola bilər.
Yüksək temperatur
Bədənin infeksiyalarla mübarizəsi anlamına gələn temperatur hər hansı bir xəstəlikdən qaynaqlanmırsa, leykemiya və lenfomanın xəbərçisi ola bilər. Buna görə də 3 gündən çox davam edən və səbəbi bilinməyən yüksək temperaturla bağlı həkimə müraciət etmək vacibdir.
Döş nahiyəsində dəyişikliklər
Dünyada döş xərçənginin 1%-nə kişilərdə rast gəlinir. Bu riski nəzərə alaraq döş nahiyəsində yaranan şişlikləri diqqətdən kənar qoymaq olmaz. Hər hansı xəstəliyiniz olmadığı halda, 3 həftədən çox davam edən və arasıkəsilməyən öskürək varsa, buna nəfəs almaqda çətinlik və nəfəs borusundan gələn qan da əlavə edilsə, ağciyər xərçənginin şübhələri ortaya çıxır.
Səbəbi bilinməyən ağrı və yorğunluq
Bir çox xərçəng növlərinin simptomlarından biri də nə qədər dincəlirsinizsə-dincəlin, heç cür keçib getməyən yorğunluq və ağrıdır. Bu, həyat fəaliyyətinizə ciddi şəkildə mane olursa, mütləq həkimə müaricət etmək lazımdır.
Orqanik.az