Orqanizmdə duzun, yağların və karbohidratların çox olması impotensiyaya səbəb ola bilər.
Orqanik.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq Mariya Bakutina və uroloq Hüseyn Sadıqov danışıb.
Tərkibində biyan olan məhsullar kişilər üçün zərərli ola bilər, çünki biyan androstenedionu testesterona çevirməkdən məsul olan fermenti bloklayır.
Sadıqov xəbərdarlıq edib ki, fəst-fud yemək xolesterin səviyyəsini artırır. Bunun nəticəsi testosteron istehsalının azalması, həmçinin prolaktin və estrogen səviyyələrinin artmasıdır.
“Sübut edilib ki, fəst-fuddan sonra testosteron səviyyəsi bir saat ərzində 25% azalır və 4 saat ərzində aşağı səviyyədə qalır”, – Bakutina əlavə edib.
Orqanik.az