Normada hər kişi orqanizmində az miqdar qadın cinsi hopmonları vardır. Əgər bu hormonlar kişi hormonlarından çoxdursa ginekomastiya – kişilərdə süd vəzlərinin böyüməsi ilə özünü göstərir. Süd vəzləri bu zaman kişilərdə qadınlarınkına bənzəyir.
Səbəbləri:
Kişilərdə ginekomastiya fizioloji ( normal) ola bilər. Məsələn, yeni doğulan oğlanlarda anadan keçən çox miqdar qadın hormonları nəticəsində onlarda ginekomastiya müşahidə olunur. Həm də yeniyetmə oğlanların 1/3-ində süd vəzləri böyüyə bilər. Kişilərdə 50 yaşdan sonra cinsi hormonların sayı azalır.
Patoloji ginekomastiyanın səbəbləri:
-Hormonal pozğunluqlar. Bu şişlər, iltihabi proseslər, infeksion xəstəliklər nəticəsində ola bilər. Bu patologiyada kişi hormonları azalır, qadın hormonları artır.
-Müxtəlif maddələrlə zəhərlənmələr, məsələn, zərərli peşə vərdişləri, alkoholizm
-Qara ciyər sirrozu
– ürək və böyrəklərin funksiyalarının pozulmaları
-Herpes virusu infeksiyası
-immunodefisit virusu
– bəzi dərman preparatlarının qəbulu
– narkotklərin qəbulu, xüsusilə marexuana, heroin və etil spirti cinsi orqanlara mənfi təsir edir.
Əlamətləri:
Kişilərdə ginekomastiya 1 və ya 2 tərəfli ola bilər. Bu zaman süd vəzləri 2-15 sm- qədər diametrdə böyüyür. Döş gilələri enli olur, qadınlara bənzəyir.
Döş giləsindən ağ, şəffaf maye xarıc olur. Kişilərdə cinsi funksiyalar pozulur, erektil disfunksiya yaranır. Spermalarda spermatozoidlərin miqdarı azalır.
Ağırlaşmaları:
Ən pis ağıralaşması bəd xassəli şişlərdır. Bu zaman döş vəzisində yara əmələ gəlir, döş giləsindən qan xaric olur. Mastit-irinli iltihab imkişaf edə bilər. Bu zaman güclü ağrı, şişkinlik, dərinin qızarması, hərarətin qalxması qeyd olunur.
Siz nə edə bilərsiniz:
Bu əlamət olduqda mütləq həkim- endokrinoloqa müraciət edin.
Həkim nə edə bilər:
Bu zaman həkim kişi cinsi hormonlarını, aniesterogen preparatlarını vəziyyət normallaşana qədər təyin edir. Əgər şiş əmələ gəibsə cərrahi müalicə tələb olunur. Xəstə xəstəxanada 2 gün qaldıqdan sonra evə yazılır. Xəstə evdə 2-3 həftə xüsusi sıx alt köynəyi geyinir.
Orqanik.az