Adından da bəlli olduğu kimi bu pəhriz çox artıq çəkiyə malik olmayan, həyatında bədən və orqanizm üçün aktivlik göstərən kişilər üçündür.
Həm də cinsi həyatlarını yaxşılaşdırmaq və bu müddətdə harmoniya tapmaq istəyənlər üçün pəhriz növüdür. Evdar.az kişilər üçün Don Juan pəhrizi haqqında məlumatı təqdim edir.
Don Juan pəhrizin müddəti 7 gündür.
Gündəlik pəhriz:
Səhər yeməyində: qazsız su, yaşıl çay və bitki çayı, mövsümə görə təzə meyvələr.
Qəlyanaltıda: minimum yağ tərkibli kəsmik, suda qaynadılmış sıyıq. Kərə yağı, şəkər və yaşıl çayı rasiondan çıxarın.
Naharda: yüngül bir tərəvəz salatı hazırlayın, minimum zeytun yağı və limon suyu, otlar, buxarda bişmiş ət və ya balıq (istəyə görə ızgara), yaşıl çay və bir az meyvə əlavə edin.
Şam yeməyi üçün: hər hansı bir meyvə (mövsümi).
Gecə: qatıq və ya kefir – 250 ml