Kişidə hamiləlik testi müsbət çıxa bilər?

Bəli, bu mümkündür. Lakin bu təbii ki, o demək deyil ki, bu kişi “hamilədir”. Bu çox  təhlükəli xəstəliyin simptomudur.

Məsələ burasındadır ki, ev şəraitində istifadə olunan hamiləlik testləri sidikdə “xorionik honadotropin” adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır.

Sağlam kişinin orqanizmində bu hormon təbii ki, yoxdur və ola da bilməz. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi “müsbət” nəticə verir. Uroloq-onkoloqlar xaya xərçənginə ilkin diaqnoz qoyanda bu testdən də istifadə edirlər.

Xoşbəxtlikdən, vaxtında aşkar olunduqda xaya xərçəngi çox uğurla müalicə olunur. Müalicədən sonra kişi adi həyata qayıdır və onun cinsi funksiyaları saxlanılır.

Orqanik.az sizi xaya xərçənginin simptomları ilə tanış edir:

– xayanın ölçüsünün artması, ödem

– xayada bərkimiş sahələr, düyünlər

– xayalıqda ağırlıq hissi, ağrı və diskomfort

– qarının aşağı hissəsində ağrılar

– sidik ifrazı zamanı problemlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.