Saçların tökülməsi kimya terapiyasının insan orqanizminə təsir etdiyi mənfi təsirlərdən biridir. Şüa teraspiyasının insana yaşatdığı ən pis şeylərin başında saçların tamamilə tökülməsi durur.
ABŞ sakini Tami Riçardson özünə yeni üsul kəşf edib. O döş xərçəngindən əziyyət çəkir və beş kimya terapiyası götürməlidir. Kimya teraspiyası zamanı xəstə başına dondurucu şlem keçirir və saçlarının tökülməməsinə ümid edir. Tami bu haqda danışarkən yanlız başının bir az donduğunu söyləyir.
Yeni araşdırma yanlız döş xərçəngindən əziyyət çəkən qadınlara tətbiq edilmişdir. Araşdırma zamanı kimya terapiyası alan qadınların 50%-də saçların tökülməməsi baş verməmişdir.
Kimya terapiyası orqanizmdə sürətlə hüceyrə əmələ gəlməni məhv edir. Bu saç follikullarına da aiddir. Dondurucu şlem saçların əmələ gəlməsinə səbəb olan sağlam follikulların məhv olmamasına səbəb olur. Belə ki, baş dərisinin temperaturu şlem taxılan zaman bir-neçə dərəcə aşağı düşür. Bu zaman baş dərisinə qanın axını zəifləyir və həmin hissəyə qan yaxşı işləmir. Bu zaman da saç follikulları zədələnmir.
Orqanik.az