Qaraciyər, böyrək, ürək, ağciyər, traxeya, ağ ət… Kəsilən heyvanın içalatı da qədim türk mətbəxində israf olunmayıb, daxili orqanlardan dadlı cızbız icad olunub.
Cız-bız adı quyruq tikələrinin sacda çızıldayıb çırtlamasından götürülüb. Bu yemək Cənubi Azərbaycnada Çığır-bağır da adlandırılır.
Bəs daxili orqanları yemək orqanizmə zərərli deyilmi? Axı çox orqanlarda toksinlər toplanır?
Orqanik.az bildirir ki, Orqanik.az cız-bızın kimlərə zərərli olmasını araşdırıb.
Tibdə və qida terminologiyasında heyvanın daxili orqanları subərzaq adlanır.
Onlar 2 kateqoriyaya bölünür: sırf daxili orqanlar, beyin və xaricdə qalan orqanlar: quyruq, dil, qulaqlar, baş, kəllə, sümüklər.
Bu hissələrdən delikates yeməklər hazırlanır.
Ayrı-ayrılıqda bu hissələrin hər biri mineral və vitaminlərlə, zülalla zəngindir.
Lakin bəzi xəstəliklər var ki, onlarda yağlı cız-bız yemək olmaz.
Bunlara:
– Damar tıxanıqlığı olanlar, ateroskleroz
– Dağınıq skleroz
– Böyrək çatışmazlığı
– Ürək-damar xəstəlikləri
– Ürəyində stend olanlar
– Qanda xolesterin, triqliseridlər yüksək olanlar
– Şəkərli diabet xəstələri
– Aşırı piylənməsi olanlar
– Beyin qan dövranı pozulanlar
– Qaraciyər piylənməsi
– Bel nahiyədə piylənmə olanlar
– Ürək damarlarında tutulması olanlar
Orqanik.az