Kəskin qlomerulonefritin növləri

Kəskin qlomerulonefrit gedişinə görə aşağıdakı kliniki variantlara ayrılır.
1 Latent qlomerulonefrit
Bu xəstəliyin ən az rast gələn variantıdır.Latent qlomerulonefrit zəif təzahür edən sidik sindromu ilə xarakterizə olunur.Xəstəliyin bu növündə ödemlər və arterial hipertenziya müşahidə olunmur.Bu zaman xəstəlik 15-20 il davam edə bilir.Bu müddət ərzində xəstələrdə protenuriya,hematuriya,sidiyin nisbi sıxlığının azlığı,hipoproteinemiya əlamətləri müşahidə olunur.
2 Nefrotik qlomerulonefrit
Bu variant başqa formalar arasında tezliyinə görə ikinci yeri tutur.Adından göründüyü kimi nefrotik sindromun təzahür əlamətlərinə massiv ödemlər,böyük proteinuriya,qlobinemiya,hipertriqlisridermiya ilə müşahidə olunur.Sidiyin müayinəsi zamanı proteinuriyadan əlavə mikrohematuriya,slindruriya,leykosituriya müşahidə olunur.
3 Hipertrofik qlomerulonefrit
Xəstəliyin uzun müddət baş verən yeganə əlməti hipertonik sindromdur.Bu forma nefritdə arterial təzyiqin yüksəlməsinin səbəbi böyrəklərin yukstaqqlomerulyar aparatının işemiyası nəticəsində renin mexanizminin aktivləşməsi hesab olunur.Xəstəliyin gedişi xoşxassəlidir.Çox zaman arterial təzyiq soyuğa düşmə,emosional gərginlik nəticəsində baş verir.Bu zaman müayinə zamanı sidikdə cüzi dəyişikliklər olur.(zülan və qanın izi görünür)
4 Qarışıq qlomerulonefrit
Qarışıq qlomerulonefritə 7% xəstələrdə rast gəlinir.Xəstəlik nefrotik sindrom və arterial təzyiq ilə xarakterizə olunur.Xəstəliyin bu növü proqressiv gedişinə görə digər formalardan fərqlənir.2-5 ilə xəstəliyin son mərhələsi yetişir,mezngiokapilyar,mezengioproliferativ dəyişikliklər aşkar edilir.
5 Hematurik qlomerulonefrit
Kəskin qlomerulonefritin bu formasına az hallarda təsadüf edilir.Bu zaman daimi mikrohematuriya,bəzən makrohematuriya epizodları təzahür edir.Bu forma sərbəst nefrit kimi adətən cavan kişilərdə yumaqcıqlarda İgA-nın çökməsi kimi qeyd edilir.Morfoloji yumaqcıq mezangiyasının seqmentlər və diffuz proliferasiyası baş verir.Xəstəliyin bu növünün gedişi xoşxassəlidir və böyrək çatışmazlığı vermir.
6 Bədxassəli qlomerulonefrit
Xəstəliyin bu forması müstəqil forma kimi ayrılır,nefrotik sindrom,arterial hipertenziya ilə təzahür edir.Qlomerulonefritin bu formasında xəstəliyin ilk aylarında böyrək çatışmazlığı inkişaf edir.Xəstəlik kəskin qlomerulonefrit kimi başlayır,lakin meydana çıxmış əlamətlər xəstəni çox da incitmir.Belə ki,arterial təzyiq aşağı düşür,morfoloji dəyişikliklər ekstrakapilyar xarakter daşıyır.,yumaqcıq epitelisi proliferasiya edir.Xəstəlik çox ağır gedişə malik olur və xəstə 6 ay-2 il arasında ölür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.