Kəllə əsasının sınığı

Kəllə əsasının sınığı mexaniki təsir nəticəsində baş verən ağır kəllə beyin travmasıdır.Kəllə əsasının sınıqları çox vaxt orta kəllə çuxurunda,az hallarda isə ön və arxa çuxurlarda baş verir.Sınığın diaqnozu rentgenoqrammanın nəticəsi sayəsində təsdiqləmək mümkün olmadığına görə diaqnoz nevroloji müayinələrə əsaslanaraq qoyulur.
Kəllə əsasının sınıqları ümumbeyin əlamətləri ilə özünü biruzə verir.Travma alan xəstələrdə ürəkbulanma,qusma,baş ağrıları,baş gicəllənməsi,zəif qızdırma müşahidə olunur.Kəllə sınığı xəstələrdə kötük pozulmalarına,qulaqdan,burundan,gənzikdən,ağızdan qanaxmaya səbəb ola bilir.Mayeli qanaxmaların baş verməsinə selikli qişaların cırılması və sümüklərin sınığı ilə sərt beyin qişasının zədələnməsi səbəb olur.Bu əlamət travmanın ağırlıq dərəcəsini aydınlaşdırır.Burun və qulaqlardan qanaxmanın nevroloji əlamətlərlə birlikdə olması travma zamanı zərbə dalğasının təsirindən təbil pərdəsinin cırılmasının baş verməsini sübut edir.Bu cür qanaxmalar beyin üçün əhəmiyyətsiz sayıla bilər.
Göz qapağında və gözyanı toxumalarda qançırların əmələ gəlməsi isə ön kəllə çuxurunun sınıqları zamanı meydana çıxır.Yumşaq toxumanın yerli zədələnməsi zamanı da göz ətrafında göyərmələr meydana gələ bilir. Amma,ön kəllə çuxurunun sınığı zamanı gözün ətrafındakı göyərmələr “eynək” sindromunu xatırladır.
Kəllə əsasının sınıqlarında kəllə sinirlərinin zədələnməsi özünü biruzə verir.Daha çox üz və eşitmə siniri,az hallarda göz-hərəki,iybilmə,dil-udlaq siniri zədələnir.
Kəllə əsasının sınığı ağır travma nəticəsində baş verdikdə ölümlə nəticələnə bilir.Bəzən xəstələr uzun müddət ağır vəziyyətdə qalırlar .Belə ki,onlarda çox vaxt narahatlılıq,həyəcanlılıq,şüurun pozulması,ağırlaşmalar baş verir.İlkin ağırlaşma meningit əlamətlərinin meydana çıxması ilə başlayır,xəstələrdə baş ağrıları əlamətləri baş verir.
Müalicə kəllədaxili qansızmaları aşkar etmək üçün lümbal punksiyanın olunması ilə aparılır.Qulaqdan gələn qanı saxlamaq üçün tənziflə tampon qoyulur.İnfeksion ağırlaşmaların baş verməməsi üçün antibiotiklərdən,qanaxmanı saxlamaq üçün isə laxtalanmanı gücləndirən preparatlardan istifadə edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.