Kətan toxumu, səhhət baxımından olduqca faydalıdır.
Bəs kətan toxumu suyunun hansı xeyirləri var?
İmmunitet.az həmin faydaları təqdim edir:
Kətan toxumu xəstəliklərin müalicəsində və qorunmasında istifadə edilir.
Omega 3 cəhətdən zəngin olan kətan toxumu ürək-damar xəstəliklərinə yoluxma riskini azaldır. Güclü antioksidan və xərçəngdən qoruyucu vasitədir. Qalın bağırsaq xərçəngi riskini azaldır.
Bəs kətan toxumu suyu necə hazırlanır?
Lazım olanlar:
1 stəkan su
1 xörək qaşığı kətan toxumu
Bir stəkan qaynar suyun içinə kətan toxumu əlavə edilir. 30 dəqiqə dəmləmək üçün saxlayın. Qatı halına gəldikdə isə çay hazır deməkdir.
Orqanik.az