Kəskin dağınıq ensofalomielit

Kəskin dağınıq ensofalomielit sinir sisteminin yoluxucu allergik xəstəliyidir.
Xəstəliyin törədicisinin neyrotrop viruslar olduğu güman edilir.Virusun orqanizmə daxil olma yolları yuxarı tənəffüs yolları və mədə bağırsaq traktıdır. Virusların baş beyin və onurğa beyinə hematogen yolla daxil olur. Xəstəliyin patogenezində baş beyin və onurğa beyində mielinsizləşməyə səbəb olan allergik reyaksiyalar mühüm rol oynayır.
Morfoloji olaraq baş beyində kəskin damar dəyişikliyi ilə diffuz edilən ocaqla aşkar edilir. Əsasən beynin ağ maddəsi zədələnir, proses mielinsizləşmə xarakteri daşıyır.
KLİNİKASI: Xəstəlik çox vaxt kəskin başlayır, ümumu yoluxucu, qişa və ocaq əlamətləri təzahür edir, bədənin hərarəti qalxır, kataral əlamətlər və baş ağrısı təzahür edir. Tez-tez kəllə sinirlərinin innervasiya pozulmaları qeyd olunur, aşağıdakı əlamətlər meydana çıxır:
– görmə zəifliyi
– nistaqm
– çəpgözlülük
– üz sinirinin asimmetriyası
– bulbar əlamətlər.
Nadir hallarda xəstələrdə miokloniya, əsmə baş verir, xəstələr tez-tez döş qəfəsində və ətraflarda ağrıdan şikayətlənirlər.
Xəstəliyin yoluxucu və nevroloji əlamətləri sürətlə yayılır.
DİAQNOZU: Xəstəliyin diaqnozu yoluxucu əlamətlərlə kəskin başlamasına və çoxsistemli multifoqal pozulmalarına əsaslanaraq qoyulur. Anamnestik məlumat diaqnozun qoyulmasında mühüm rol oynayır.
MÜALİCƏSİ: Kəskin hallarda desesibilizə və dehidratasiyaedici müalicə tətbiq olunur. Xəstəyə kortikosteroidlər təyin edilir, bulbar əlamətlər müşahidə edildikdə reanimasiya tədbirləri görülür. Xəstəyə B qrup vitaminlər, metobolik prosesləri normaya salmaq üçün dərmanlar təyin edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.