İşsiz insanlarda ölüm riski 5 dəfə çox olur

“İşləməyən insanlarda depressiya nəticəsində qəfləti ölümlərin baş vermə riski 5 dəfə artıq olur”.

Bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev deyib.

Onun sözlərinə görə, işləməyənlər arasında ürək xəstəlikləri daha çox müşahidə olunur:

“Belə insanlarda depressiya halları qəfləti ölümü 5 dəfə artırır. Kimsə işini itirdiyindən işsiz qalırsa, ya institut bitirib iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə, bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm nisbəti işləyənlərə görə daha çox olur”.

Baş kardioloq bildirib ki, kardovaskulyar xəstəliklər (ürək və beyin xəstəlikləri) ümumi ölümlərin 60 faizini təşkil edir: “Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir. Son zamanlar Azərbaycanda nevroloji problemlər, insultlar, beyin qan dövranı çatışmazlığı artır. Bütün xəstəliklərdə olduğu kimi, ürək-damar xəstəliklərində də genetika 4-5 faiz rol oynayır. Qadınlarda arterial hipertenziyanın yayılması daha çox olur. Onlarda 65 yaşından sonra ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərə nisbətən çox rast gəlinir. Kardovaskulyar xəstəliklər qadınlarda, xüsusilə də yaşlı qadınlar arasında müşahidə edilir. Əgər 52 faiz qadınlarda bu xəstəlik varsa, mövcud göstərici kişilərdə 48 faiz təşkil edir”.

F.Quliyev qeyd edib ki, bu gün Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqların sayı artıb: “Çünki ölkədə qohumlar arasında evlilik çox yayılıb. Qohum evliliyinin nəticəsində müxtəlif xəstəliklərin genetik olaraq uşağa keçməsi təbiidir. Faizlərin artması düzgün diaqnozun qoyulması ilə əlaqəlidir. Ümumilikdə ürək xəstəliklərindən əziyyət çəkənlər Bakıda çoxluq təşkil edir. Çünki paytaxta daha çox urbanizasiya olanda ekoloji mühit daha çox çirklənir, emosional stress artır. Bunlar da yekunda ürək-damar xəstəliklərinin artmasına zəmin yaradır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.