Bəzi qidalar çox istifadə zamanı insanda ishala səbəb olar. Ancaq belə qidalar qəbizlik zamanı istifadə edilərsə mənfi təsir göstərməz.
İmmunitet.az həmin qidaları təqdim edir:
Acı bibər – Mütəmadi istifadə zamanı ishala səbəb olur.
Gilas – Bol vitaminlə zəngin meyvədir. Minerallarla zəngin olan bu meyvə ilə qəbizliyin qarşısını ala bilərsiniz. Bağırsaq sistemini tənzimləyir. Ancaq çox yeyildiyi zaman bu sistem normadan artıq çalışaraq ishal yaradır.
Qatıq – ishalın qarşısını alan süd məhsulu hazır şəkildə marketlərdə satılır. Təbii olmayan belə hazır qatıqlara dadlandırıcılar qatıldığı üçün ishala səbəb ola bilər.
Cipsi – səhhət üçün zərərlidir. Həm artıq çəkiyə səbəb olan, həm də xərçəng riski daşıyan cipslərin tərkibində olan maddələr toxluq hissi verməz və mədəyə getmədən bağırsaqlara təsir göstərir.
Spirtli içkilər – vücuda daxil olan suya maneə yaradan spirtli içki maddələr mübadiləsini zəiflədərək həzm sisteminin çökməsinə və ishala səbəb olur.
Kafein – Yuxusuzluq, psixoloji narahatçılıqlar yaradır. Bununla yanaşı ishala da səbəb olur. Qəhvə orqanizmdəki maye tərəzisini poza bilər. Bu səbəbdən mütəmadi istifadə tövsiyə edilmir.
Orqanik.az