Oreqonun elmi və səhiyyə universitetinin alimləri, müntəzəm olaraq qısa müddətli fiziki hərəkətlərin yaddaşın güclənməsinin və qavrama qabiliyyətinin yaxşılaşmasına səbəb olmasını bildirmişdir.
Siçanların üzərində təcrübə aparan neyrobioloqlar, fiziki aktivliyin, yaddaşın formalaşmasında rol oynayan, beyin nahiyyəsində neyronlar arası əlaqə yaradan genin fəaliyyətinin güclənməsini göstərmişdir.
Siçanlar hərəkət çarxında aktiv olarkən, onların mərkəzi sinir sisteminin aktivliyi qeydə alınmışdır. Siçanlar iki saat ərzində bir neçə kilometr qət etmişdir. Siçanların fiziki hərəkətləri dörd min insan addımıyla bərabər hesab edilmişdir. Nəticədə siçanların beynində sinir hüceyrələri arasında əlaqələr güclənmişdir.
Orqanik.az