İnsulinə qarşı rezisdentlik qlükozanın mənimsənilməsinin pozulması, toxumaların insulinə qarşı az həssas olması
deməkdir. Baxmayaraq ki, insan qlükoza və insulin analizi verəndə hər ikisi qanda normal çıxa bilir.
Bakupost.az Azərbaycanda xüsusən qadınlarda rast gəlinən insulin dirəncinin əlamətlərini təqdim edir.
– Qanda yeməkdən sonra şəkərin çox olması
– Təzyiqin yüksəlməsi
– Artıq çəki, arıqlaya bilməmək
– Tez-tez acımaq
– Yeməkdən sonra halsızlıq
Alimlər sübut edib ki, iltihabla rezistentlik arasında əlaqə var. Ona görə də iltihab əleyhinə qidalanma seçməklə, diabet və digər xəstəliklərin qarşısını almaq olar.
İnsulin dirənci olan insanların bel və qarın nahiyəsində artıq piy toplanır, bu isə hüceyrələr və toxumalarda iltihabı artırır.
Orqanizmdə iltihab yaradan ərzaqlar:
– Şəkər, bütün şəkər dadlandırıcı, şirinləşdiricilər
– Qlütenli yarma, taxıllar
– Hazır ət məhsulları kolbasa, sosis, vetçina
– Rafinə olunmuş yağlar
– Transyağlar
– Bəzi süd məhsulları
– Qənnadı bişmələri
Bu qidaları menyudan çıxarıb, digər sağlam qidaları – faydalı yağları, qoz, fındıq, toxumlar, tumlar, meyvə-tərəvəz, göyərti, giləmeyvələri daxil etməklə 6 ay ərzində orqanizmdə piy və iltihabı azalda bilərsiz.
Orqanik.az