İnsanın sağlam olduğunu göstərən 10 göstərici və analiz

Mütəxəssislər daim xəstəliklərin əlamətlərini sadalayır. Amma bu dəfə sağlam insanda orqanizmin 10 əsas göstəricisini bildiriblər. Əgər sağlam olub-olmadığınızı bilmək istəyirsizsə, bu göstəricilər sizdə qaydasında olmalıdır:

Yox əgər göstəricilər belə deyilsə, deməli, sağlamlığıızla məşğul olmalısız:

Həmin göstəriciləri təqdim edir.

İnsan orqanizminin 12 əsas sistemi var: məsələn həzm, tənəffüs, qan, endokrin və s. Onların hər biri vacibdir. Hər birinin norma göstəricisi var.

1. Arterial təzyiq

Sağlamlığın birinci vacib göstəricisidir. Normada 120-80 olmalıdır. Təzyiqdə dəyişmə qan-damar və sinir sisteminin pozulmasının birinci əlamətidir. 130/90-a qədər müasir dövrdə normal hesab etmək olar.

2. Tənəffüs hərəkətlərinin sayı

Bir dəqiqədə sağlam insan 12-18 dəfə nəfəs alıb verməlidir. Bir tənəffüs hərəkəti bir dəfə nəfəs alıb-vermə sayılır. Bundan az və ya çox say tənəffüs sistemində problemləri göstərir. Bu da oksigen aclığıdır.

3. Nəbz, ürək ritminin sayı

Dəqiqədə 75-80 normadır. Bu optimal tezlikdir. Bu göstərici qanda oksigenin dövr sürətini göstərir. Ürək döyüntüsünü normadan az və çox olması problemdir.

4. Qanda hemoqlobin

Qadınlarda 120-140, kişilərdə 140-160 mmol olmalıdır. Bu rəqəmlər orqanizmdə oksigenin miqdarını göstərir. Qanda hemoqlobin düşdükdə, tənəffüs tezləşir. Təngnəfəslik yaranır. Bununla da ürək-damar sistemi pozulur. Bu göstəricinin az olması qanazlığı, anemiyadır. Yəni bu orqanizm ciddi oksigen aclığı keçirir

5. Bilirubin

Qanın toksikliyini göstərir. Hər gün orqanizmdə minlərlə eritrosit hüceyrəsi ölür. Bunlar bilirubin səviyyəsində özünü göstərir. Normada bir litr qanda 21 mikromol olmalıdır. Əgər bu norma pozulubsa, deməli, həzm sistemi, qaraciyər, bağırsaq normal işləmir. Orqanizmin özünü təmizləmə prosesi pozulub. Göstərici 26-nı keçibsə, deməli, orqanizm zəhərlənir.

6. Sidik

Burda həm tərkib, həm miqdar vacibdir. Normada sağlam insan sutkada təxminən 1,5 litr sidik ifraz etməldir. Sağlam insanda onun rəngi açıq sarımtıl samanı rəng olur. Turşu mühiti 5,5. Sidikdə başqa heç bir yad element olmamalıdır. Əgər onda zülal, leykosit, göbələk, bakteriya tapılırsa, deməli, sidik ifrazat sistemi, böyrəklər, ümumilikdə orqanizm normal işləmir.

7. Çəki

Qarın, bel bölgəsində piylənmə ciddi təhlükədir. Siz çəkinin maksimum yol verilən həddini aşmamalısız. Xüsusən kişilər üçün piylənmə təhlükəlidir. Məsələn, 170 sm boya görə çəki həddi 60-75 kq arasındadır.

İnsan orqan və sistemləri təbiət tərəfindən insan üçün yol verilən normada çəkiyə görə işləməyə yaradılıb, hesablanıb. Az və ya çox çəki sistemləri yükləyir.

Abdominal piylənmə zamanı kişilərdə qadın hormonu estrogenlər artır, burdan da kişi gücü azalır.

Kişi belinin çevrəsi 87-93 sm olmalıdır.

8. Qanda şəkər

Norma 3,5 – 5,5 mmoldur. Bu göstərici orqanizmin operativ enerji ehtiyatını göstərir. Bu normaya cavabdeh mədəaltı vəz və endokrin sistemdir. İnsan üçün ən dəhşətli xroniki xəstəliklərdən olan diabet də məhz bu sistemin pozulmasından yaranır. Hər bir insan qanda şəkərinin miqdarını ildə 2 dəfə yoxlatmalıdır.

9. Qanın PH göstəricisi – turşu-qələvi mühiti

Çox insan bunu bilmir. Amma bu canlı insan ilə ölümə yaxınlaşan insanı fərqləndirən ən birinci göstəricidir. Kardioloqlar bunu həyatın göstəricisi adlandırır.

Normada o 7,43 olmalıdır. 7.11-i keçən kimi ölüm baş verir. 7,41 kəskin ürək çatışmazlığında baş verir.

Qanın PH göstəricisi sağlamlığın düsturudur. Təəssüf ki, hər şeyi yoxlatsaq da onu yoxlatmırıq.

10. Leykositlər

Qanda leykosit göstəricisi sağlamlıq və iltihabi proseslərin, hətta onkoloji xəstəliyin də göstəricisi ola bilər. Leykositlər immun müdafiədir. Virus və bakteriyalara ilk onlar cavab verir.

Qanda göstəricisinin kəskin artması və azalması ciddi siqnaldır: o deməkdir ki, daxildə hər hansı patoloji proseslər gedir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.