İnsanın boğazında yemək qalanda belindən vurmayın!

Adətən insanın boğazında yemək qalanda ətrafdakılar onun belindən vurmağa başlayır ki, ilişmiş tikə çıxsın.

Lakin mütəxəssislərin fikrinə görə, bu üsul nəinki kömək etmir, əksinə vəziyyəti daha da ağırlaşdıra bilər. Yad cism yerini dəyişdirib nəfəs yollarını tam bağlaya bilər ki, bu boğulma ilə nəticələnə bilər.

Odur ki, boğazınızda nə isə qalıbsa qabağa əyilib möhkəm öskürmək lazımdır. Adətən bu kömək edir və yad cism çıxır.

Əgər insan öskürə bilmirsə, bu o deməkdir ki, yad cism onun nəfəs yollarını tam bağlayıb. Bu zaman insan nəfəs ala bilmir, onun üzü göyərməyə başlayır. Belə vəziyyətdə Qreymlix üsulundan istifadə edin. Bunun üçün nə etməli? Orqanik.az Qreymlix üsulunun texnikası ilə sizi tanış edir.

Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.

Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.

Nəzərə almaq lazımdır ki, Qreymlix üsulu 1 yaşına qədər uşaqlarda tətbiq olunmur. Bu onlarda daxili orqanların ağır zədələnməsinə səbəb ola bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.